Qaynar Məqalələr

Rinosinusut

rinosi

Rinosinusut.
Rinosinusut burun boşluğu üzvlərinin iltihabı xəstəliyidir. Rinosinusutin 3 növü var:
– kəskin
– residivləşən
– xroniki.
Kəskin rinosinusut 12 həftədən az vaxt ərzində əlamətlərinin göstərən və tamamilə sağalan xəstəlikdir.
Residivləşən rinosinusut il ərzində 1-4 dəfə təkrarlanmaqla baş verən xəstəlikdir. Bu zaman xəstəlik sağaldıqdan 8 həftə keçməmiş əlamətlər yenidən başlayır.
Xroniki rinosinusut zamanı isə xəstəliyin əlamətləri daha tez-tez özünü biruzə verir. Xroniki rinosinusut zamanı xəstəliyin əlamətləri 12 həftədən daha çox özünü biruzə verir.
Rinosinusut zamanı haymor boşluğunda, alın ciblərində, burun ciblərində iltihabı proses baş verir.
Xəstəliyin kəskin və ya xroniki olması onu əmələ gətirən patologiyanın növündən asılıdır. Rinosinusuti aşağıdakı mikroorqanizmlər törədir:
– bakteriyalar
– göbələk mikrobları
– qarışıq mikroblar.
Göbələk səbəbli əmələ gələn xroniki rinosinusut müxtəlif növlərdə olur:
* göbələklərin əmələ gətirdiyi allergik sinusit
* mikoz sinusit
* xroniki invaziv mikoz formalı sinusut.
Göbələklərin əmələ gətirdiyi allergik sinusitə ən çox cavan adamlarda rast gəlinir və bronxial astma əlamətləri ilə müşayət edilir. Xəstəliyin xroniki invaziv fornası ən çox diabetik ketoasidozdan əziyyət çəkən xəstələrdə rast gəlinir.
Rinosinusitin əmələ gəlməsinə aşağıdakı xəstəliklər səbəb ola bilir:
– rinit
– adenoidit
– burun boşluğunun anomaliyaları
– immun çatışmazlığı
– ağız-burun boşluğunuda svişin olması
– bəzi genetik çatışmazlıqlar.
Xəstəlik özünü burundan nəfəsalmanın çətinləşməsi, baş ağrıları, burundan axıntıların olması, qulaq tutulması, temperaturun yüksəlməsi, ümumi halsızlıq və öskürmə ilə göstərir. Öskürmə əsasən uşaqlarda baş verən rinosinusit zamanı meydana çıxır. Burundan gələn axıntı xəstəliyi törədən mikrobun növündən asılı olaraq selikli və ya irinli ola bilir.

immunitet.az

loading...

Məsləhət Görürük

sek

Yad cisimlər

Yad cisimlər Yad cisimlər adətən insanın gözünə, qulaqlarına, burnuna, tənəffüs yollarına, düz bağırsağa düşə bilər. …

Яндекс.Метрика

Designed by F.Aliyev