Qaynar Məqalələr

Mədə xərçənginin əlamətləri

mede-xer

Mədə xərçənginin əlamətləri.
Mədə xərçənginin kliniki əlamətləri qeyri-spesifik və müxtəlifdir. Xəstələrin 60%-də mədə xərçəngi digər xəstəliklərin müayinələri zamanı meydana çıxır.
Mədə xərçəngi xəstələrinin əsas şikayətləri epiqastral nahiyyədə ağrı və difkomfortdan olur. 80% xəstələrdə bədən çəkisinin azalması, 65% xəstələrdə yemək zamanı tez doyma, 60% xəstlərdə , 50% xəstələrdə disfaqiya və qusma olur.
Fiziki müayinələr zamanı əlamətlərin ortaya çıxması yalnız mədə xərçənginin inkişaf etmiş stadiyasında aşkar edilir. Bu əlamətlərə aiddir:
– əllənən şiş
– hepatomeqaliya (qaraciyərdə əllənən düyünlər)
– sarılıq
– assit
– kaxeksiya
– Virxov metastazı (limfa düyünlərinin xərçəngə xas böyüməsi).
Mədə xərçəngi zamanı rektal müayinədə metastazlar tapılır.
Mədə xərçənginin gedişinə görə bir neçə kliniki variantı ayırd edilir:
Qızdırma variantı.
Xora deffektinin infeksiyalaşmasında və ya kəskin ifadə olunan şiş infeksiyasında baş verir. Bu zaman qızdırma subfebril olur, ancaq bəzən bədənin hərarəti maksimal dərəcədə qalxır. Bu adətən səhər saatlarında baş verir və xəstənin tempraturu 39-40*-ə qədər yüksəlir.
Ödem variantı.
Mədə xərçəngi zamanı ödemlər hipoproteinemiya zamanı baş verir. Bunun səbəbi uzun müddətli qida pozğunluqlarıdır.
Sarılıq variantı artmış hemolizdə və ya şişin dağılma məhsullarının təsirindən əmələ gələn toksik hepatitdə baş verir. Lakin çox vaxt qaraciyərin metastatik zədələnməsinin nəticəsi hesab olunur.
Hemorragik (anemik) variant.
Bu mədə xərçəngi zamanı uzun müddət baş verən gizli qanaxmalarda meydana çıxır. Sümük iliyinin metastatik zədələnmələrində anemiya ilə yanaşı periferik qanda mielositlər və mieloblastlar meydana gəlməklə leykositoz baş verir.
Tetanik variant mədə çıxacağının stenozunda inkişaf edir.
Bağırsaq variantı qəbizlik və diareya ilə müşayət olunur. Mədə xərçənginin gedişi xəstənin yaşından, lojkalizasiyasından, inkişaf xarakterindən və histoloji tipindən asılıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

leykoz2

Xroniki leykozun kliniki mənzərəsi

Xroniki leykozun kliniki mənzərəsi. Xroniki leykozun klinik təzahürləri aşağıdakı böyük sindromlarla ifadə olunur: – intoksikasiya …

Яндекс.Метрика

Designed by F.Aliyev