Xroniki ürək çatışmazlığı nədir

xroniki-urek

Xroniki ürək çatışmazlığı nədir?
Xroniki ürək çatışmazlığı əhalini 1-2%-ində aşkarlanır. Yaş artdıqca bu xəstəliyin də rastgəlmə tezliyi artır. 75 yaşdan yuxarı olanlar arasında xroniki ürək çatışmazlığı xəstəliyinə 10% hallarda rast gəlinir.
Xroniki ürək çatışmazlığının formalaşmasında bu və ya digər mexanizmlərin üstünlük təşkil etməsindən asılı olaraq bu patoloji sindromun inkişafının aşağıdakı səbəbləri ayırd edilir:
1. Ürək əzələsinin zəifləməsi:
– miokarditlər
– dilatasion kardiomiopatiya
– kəskin miokard infarktı
– miokardın xroniki işemiyası
– infaktdan sonrakı kardioskleroz
– hipo və hipertrioz
– sistem xəstəlikləri zamanı ürəyin zədələnməsi
– miokardın toksiko-allergik zədələnməsi.
2. Ürək mədəciklərinin hemodinamik yüklənməsi:
– yükönü gərginliyin olması
– yüksək arterial təzyiq
– aorta dəliyinin stenozu
– ağciyər arteriyasının stenozu
– aortal qapaq çatışmazlığı
– mitral qapaq çatışmazlığı
– üçtaylı qapaq çatışmazlığı.
3. Ürək mədəciklərinin dolması:
– sol və ya sağ antriventrikulyar dəliyin stenozu
– ekssudativ və konstruktiv perikardit
– perikardial maye
– miokardın sərtliyinin artması
– endomiokardial fibroz
– miokardın kəskin hipertrofiyası.
4. Toxumaların metobolik təlabatının artması:
– hipoksiya vəziyyəti
– anemiyalar
– xroniki ağciyər ürəyi
– hipertrioz
– hamiləlik.
Xroniki ürək çatışmazlığı xəstələri gecələr boğulma tutmalarından, fiziki yüklənmə zamanı təngnəfəslikdən, ağciyərdə xırıltılar, boyun venalarının şişməsindən, qaraciyərin şişməsi, ödem və assitdən əziyyət çəkirlər.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev