Qaynar Məqalələr

Ürək çatışmazlığı nədir

urek-catmamazligi

Ürək çatışmazlığı nədir?
Ürək çatışmazlığı elə patoloji haldır ki, bu zaman ürəyin funksiyasının pozğunluğu onun qanı orqanizmin metobolik təlabatını təmin etmək üçün lazım olan sürətlə qovmağa qabil olmamasına gətirib çıxarır.
Ürək çatışmazlığı ürəyin yığılma funksiyasının pozulması və orqanizmin fiziki tolerantlığa qarşı zəif olmasına səbəb olan sindromdur.
Ürək çatışmazlığı zamanı dövr edən qanın həcminə və hemoqlabinin miqdarına baxmayaraq ürəyin lazım olan qidalı maddələr və oksigenlə təmin olmamasıdır.
Ürək çatışmazlığı sol mədəciyin dolma təzyiqi və dəqiqəlik həcmi arasında anolal asılılıq xüsusiyyəti olan patoloji bir haldır.
Bu zaman simpatik sinir sisteminin aktivləşməsi, baroreseptorların zəifləməsi, neyrohumoral dəyişikliklər baş verir. Xəstəlik aşağıdakı simtomlarla özünü göstərir:
– təngnəfəslik
– yorğunluq hissi
– ödemlər
– durğunluq xırıltıları
– fiziki yükə qarşı zəiflik.
Ürək çatışmazlığını aşağıdakı növləri var:
– Durğunluq ürək çatışmazlığı.
Bu zaman xəstələr fiziki yükə qarşı dözümsüz olurlar. Xəstəlik orqanizmdə mayenin ləngiməsi və ömrün qısalması ilə xarakterizə olunur.
– Qan dövranı çatışmazlığı.
Bu elə patoloji hala deyilir ki, bu zaman ürək-qan-damar sistemi üzv və toxumalara onların ehtiyacı olduğu qədər qida və oksigen daşıya bilmir. Bu vəziyyət təkcə ürəyin və tək-tək damarların deyil, bütün ürək-damar sisteminin zədələnməsi ilə müşayət olunur. Ürək çatışmazlığının əsas səbəbləri bunlardır:
– kəskin miokard infarktı
– sol mədəciyin zədələnməsi
– papillyar əzələlərin cırılması
– mədəcik daxili çəpərin çırılması
– ağır aritmiyalar
– paroksizmal mədəcik taxikardiyası
– bradikardiyanın qəfləti inkişafı
– ağciyər arteriyasının tromboemboliyası
– ürəyin tamponadası
– ürəyin travması
– anemiyalar
– triotoksik ürək.

immunitet.az

loading...

Məsləhət Görürük

kann

Qanın laxtalanma qabiliyyətinin artması

Qanın laxtalanma qabiliyyətinin artması Qanın laxtalanması aşağıdakı amillərin təsiri nəticəsində sürətlənə bilir: * trombositlərin miqdarının …

Яндекс.Метрика

Designed by F.Aliyev