Xroniki pnevmoniya

pnevmaniya

Xroniki pnevmoniya.
Xroniki pnevmoniya ağciyər toxumasının, ağciyərin eyni zədələnən hissəsində residivləri ilə təzahür edən lokal iltihabi prosesdir. Bu proses ağciyər toxumasında pnevmosklerozun, bronxalveolyar ağacının lokal xronik bronxit tipində geridönməz patologiyalara səbəb olur.
Xroniki pnevmoniyanın əmələ gəlməsinə səbəb kəskin pnevmoniyadır. Belə ki, kəskin pnevmoniya uzun gedişə malik olduqda və ya müalicə olunmadıqda xroniki hala keçir.
Xəstəlik ağciyərlərdə yayılmasına görə:
– ocaqlı
– seqmentar
– paylı,
gedişinə görə
– kəskinləşmiş
– residivləşmiş formalı olur.
Xroniki pnevmoniya həmişə kəskin pnevmoniyanın nəticəsi hesab olunur. Xroniki pnevmoniyanın kəskinləşmə dövründə əsas klinik simptomlar aşağıdakılardır:
* Xəstə zəiflikdən, gecələr tərləmədən, bədən hərarətinin çox qalxmasından, iştahanın azalmasından, selikli-irinli bəlğəmin ayrılması ilə baş verən öskürəkdən, bəzən döş qəfəsində olan zəif ağrıdan şikayətlənirlər. Xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir.
* Bədən kütləsinin azalması.
* Səsin kütləşməsi
* Yaş xırıltılar
* Zədələnmə ocağı üzərində krepitasiyalar.
Xəstəliyə diaqnoz qoymaq üçün rentgenoloji müayinənin, bronxoqrafiyanın, bronxoskopiyanın nəticələri əsas götürülür.Qanın ümumi və biokimyəvi müayinəsi və bəlğəmin bakterioloji müayinəsi diaqnozun təsdiqlənməsində böyük rol oynayır.
Müalicə orqanizmin möhkəmlənməsi və antibakterial müalicədən ibarət olur. Xəstəliyin ağır formalarında antibiotik birbaşa ağciyərə yeridilir.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev