Qaynar Məqalələr

Hörüklü peraşkilər

peras

Hörüklü peraşkilər.
Lazım olanlar:
– 2 stəkan ilıq su
– 1 stəkan duru yağ
– 2 ədəd yumurta
– 3 xörək qaşığı şəkər tozu
– 1,5 çay qaşığı duz
– 1 paket quru maya
– 7 stəkan un
İçlik üçün:
– ağ pendir.
Üzərinə sürtməyə:
– 1 ədəd yumurta sarısı
– 1 xörək qaşığı süd
– susam və ya çörək otu.
Hazırlanması:
Quru maya və şəkər tozu ilıq suda həll olmaq üçün qarışdırılıb kənara qoyulur. Duru yağ, yumurtalar və duz qarışdırılr, üzərinə kənarda hazırlanan maya əlavə edilir. Az-az un qatılaraq xəmir yoğrulur və dincəlməyə qoyulur.
Xəmir hazır olduqdan sonra xırda kündələrə bölünür və oval şəkildə yayılır. Yayılmış yuxalar şəkildəki formada kəsilir, orta hissəyə rəndələnmiş pendir qoyulub hər tərəfdən bir-bir kəsik xəmir götürülərək bükülür.
Sobanın listinə yağlı kağıza peraşkilər düzülür, üzərinə yumurta sarısı sürtülür və susam səpilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev