Qaynar Məqalələr

İltihabın növləri

iltihabin-novleri

İltihabın növləri.
Eksudatın tərkibinə görə iltihabın bir-neçə növü ayırd edilir:
– seroz
– kataral
– fibrinoz
– hemoragik
– irinli
– çürüntülü
– qarışıq.
Seroz iltihaba orqanizmin seroz boşluqlarında, selikli qişalarda, beyin qişalarında, bəzi hallarda isə daxili orqanlarda təsadüf edilir. İltihabın bu formasında daxili orqanlarda toplanan sarımtıl rəngli, yarımşəffaf eksudatın tərkibində az miqdarda hüceyrəvi elementlər olur. Seroz eksudat başqa eksudatlardan həm də xüsusi kütləsinə və tərkibində olan zülalların miqdarına görə fərqlənir.
Kataral iltihab çox vaxt tənəffüs yollarının selikli qişasında, qida borusunda, mədədə və bağırsaqlarda inkişaf edir. İltihabın bu növündə yaranan kataral eksudatın tərkibində çoxlu selik olur.
Fibrinoz iltihab çox vaxt selikli və seroz qişalarda yaranır. Lakin nadir hallarda orqanların daxili təbəqələrində də inkişaf edə bilir. Tərkibində çoxlu fibrinogen olduğuna görə fibrinoz eksudat laxtalana bilir. Fibrinoz iltihab pnevmokokkların, difteriya və dizenteriya bakteriyalarından əmələ gəlir.
Hemoragik iltihab tərkibində çoxlu eritrositlər olan eksudata deyilir.
İrinli iltihab çox vaxt irin törədən mikroorqanizmlərin təsirilə əmələ gəlir. Bunlara stafilokokklar, streptokokklar, meninqokokklar və s. aiddir. Bundan əlavə bəzi kimyəvi maddələr də irinli iltihab yarada bilirlər. İltihabın bu növündə əmələ gələn eksudatın tərkibində çoxlu formalı elementlər və nekrotik dəyişikliyə uğramış toxuma hissəcikləri olur.
Çürüntülü iltihab çürümə bakteriyalarının təsiri nəticəsində əmələ gəlir. Bu prosesdə əmələ gələn eksudatın xoşagəlməz iyi olur.
Qarışıq iltihab mühafizəedici funksiyaları kəskin surətdə zəifləmiş orqanizmdə əsas iltihabı prosesin ikincili infeksiya ilə ağırlaşması zamanı əmələ gəlir.

immunitet.az

loading...

Məsləhət Görürük

anoreksiya2

İştaha pozğunluqları

İştaha pozğunluqları. İştaha pozğunluqlarının 3 növü ayırd edilir: 1. İştahanın azalması – anoreksiya. 2. İştahanın …

Яндекс.Метрика

Designed by F.Aliyev