Qaynar Məqalələr

Düyün

duyun

Düyün.
Dəridə düyünun əmələ gəlməsinə bir çox infeksion xəstəliklər səbəb ola bilir:
– angina
– skarlatina
– brüselyoz
– tülaremia
– yalançı vərəm
– vərəm
– revmatizm.
Bəzi hallarda isə dəridə düyünlərin əmələ gəlməsinə allergik vaskulitlərin və dərman allergiyalarının təsiri də səbəb ola bilir. Qeyri-infeksion xəstəlik olan dərinin kalsinozu, podaqra, melangioma, sarkomatoz və s. dəridə düyünlərin əmələ gəlməsinə səbəb ola bilirlər.
Kəskin düyünlü eritema.
Baldırların ön tərəfində, 1-3 sm böyüklükdə, dəridən hündürə qalxmış, açıq-qırmızı rəngli düyün şəklində özünü göstərir. Düyünü əllədikdə bəzən ağrıyır, 3-5 gündən sonra göyümtül rəng alır, yumuşalır. Bu zaman ağrı və iltihab əlamətləri azalır, 2-3 həftə ərzində tamamilə itir və iz qoymur.
Yerini dəyişən düyünlü eritema.
Eritemanın bu növündə kəskin formaya nisbətən bütün əlamətlər – ağrı, iltihab sönük gedir, amma xəstəlik residivli olur. Böyüməsinə və ortasının yumuşalmasına görə kəskin düyünlü eritemadan fərqlənir.
Göbələk xəstəlikləri zamanı əmələ gələn düyünlər.
Bu düyünlər dəriyə bilavasitə mikrobun təsiri nəticəsində əmələ gəlir. Koksidoidimikoz zamanı düyün xəstəliyin əsas əlamətlərindən hesab edilir. Bu zaman dəri ilə birlikdə daxili orqanlar və limfa da zədələnmiş olur.
Blastomikoz zamanı əmələ gələn düyünlər.
Bu zaman düyün əmələ gəldikdən tez bir zaman sonra deşilir və papillomatozlu xoraya çevrilir. Xoranın ortası çapıqlaşır və kənarlara doğru böyüyür. Diaqnoz mikroskopiya yolu ilə dəqiləşdirilir və düyünun digər düyünlərdən mənşəyinə görə fərqli olması öz təsdiqini tapır.

immunitet.az

loading...

Məsləhət Görürük

atipik-xal

Anadangəlmə atipik xallar

Anadangəlmə atipik xallar Anadangəlmə atipik xallar yeni doğulmuş körpənin dərisində iri ölçüdə tünd ləkənin olması …

Яндекс.Метрика

Designed by F.Aliyev