Qaynar Məqalələr

Ətli salat

etli

Ətli salat.
* 1 zoğ kahı
* 1 ədəd qırmızı bibər
* 1 ədəd yerkökü
* 3 xörək qaşığı yaşıl noxud
* yağsız mal əti
* 2 xörək qaşığı zeytun yağı
* 1 ədəd soyutma yumurta
* 5 yarpaq cəfəri
* kəkotu
* duz, istiot.
Sous üçün:
* 3 xörək qaşığı zeytun yağı
* 2 yemək qaşığı limon suyu.
Hazırlanması:
Mal əti xirda-xırda eyni boyda doğranır və zeytunyağı əlavə edilərək zəif odda yumuşalana qədər bişirilir. Ətin üstünə duz, istiot və kəkotu səpilib odun üstündən götürülür.
Kahının yarpaqları yuyulur, suyu süzülür, parça-parça doğranır. Azca bişirilmiş yerkökünün qabığı soyulur, nazik və uzun şəkildə doğranır və kahı ilə qarışdırılır. Qırmızı bibər təmizlənir və dördbucaq şəkildə doğranır, üzərinə yaşıl noxud əlavə edilir. Qarışıma zeytun yağı, limon suyu və duz qarışdırılıb salatın üzərinə əlavə edilir. Ət dilimləri, doğranmış yumurta əlavə edilir. Xırda doğranmış cəfəri salata əlavə olunur və süfrəyə verilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev