Qaynar Məqalələr

Bronxoostruktiv sindrom

bronx

Bronxoostruktiv sindrom.
Bronxoostruktiv sindrom bronx keçiriciliyinin pozulmasıdır. Xronik obstruktiv bronxitdə obstruksiya geridönən və davamlı komponentə malik olur. Geridönən komponent bronxların saya əzələlərinin yığılması, bronxial vəzlərin hipersekresiyası və bronxların selikli qişasının ödemi ilə şərtlənir. Xəstəlik zamanı bronxial vəzlərin destruksiyası, peribronxial fibroz, bronxiolların formasının dəyişməsi ilə özünü göstərir. Tənəffüs yollarının mexaniki xassələrinin pozulması onların nəfəsvermədə yaprıxmasına səbəb olur. Bu sindromun qayıtma əlaqəsi prinsipinə görə inkişafı öskürmə səbəbli pozğunluqları gücləndirir, yerli müdafiəni aşağı salır. Bu zaman həmin hissədə dairə qapanır və xəstəlik sağalmaz olur.
Xəstəliyin əmələ gəlməsində virus və bakteriyanın rolu ikincili xarakter daşıyır. Yüksək özlü bəlğəmin toplanması, müdafiə qüvvələrinin azalması, bronxial keçiriciliyin pozulması xəstəlik irəlilədikcə infeksiyanın aşağı yayılmasına və xəstəliyin kəskinləşməsinə səbəb olur.
Xəstəlik tədricən inkişaf edir, müalicə olunmadıqda kəskinləşir və xroniki hala keçir.
Bronxoostruktiv sindromda xəstələrin şikayətləri aşağıdakılardan ibarət olur:
– səhərlər bəlğəmli öskürək
– isti otaqdan soyuğa çıxdıqda öskürək
– selikli-irinli bəlğəm
– arterial hipertenziya
– qanhayxırma
– fiziki iş zamanı təngnəfəslik
– nəfəsvermədə çətinləşmə
– temperatur
– tez yorulma
– yorğunluq.
Xəstəliyə diaqnozun qoyulmasında rentgenoloji müayinənin, bronxoqrafiyanın, kompyuter tomoqrafiyanın və anamnezin nəticələri əsas götürülür.
Müalicə antibiotiklərdən, vitaminlərdən istifadə etməkdən və qıcıqlandırıcı faktorlardan uzaq durmaqdan ibarətdir.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev