Qaynar Məqalələr

Valideynin övlad qarşısında borc və vəzifələri

valideyinler

Valideynin övlad qarşısında borc və vəzifələri.
Ailənin bəzəyi övladdır. Övlad özüylə ailəyə çoxlu-çoxlu sevinc, bununla bərabər yeni vəzifələr gətirir.
Ailədə övladın tərbiyəsi ilə nə qədər vaxtında başlansa, bir o qədər də faydalı olar. Bəzən düzgün tərbiyə görməməyin nəticəsində uşaq tüfeyli, qeyrətsiz, mənəvi cəhətdən cılız böyüyür. Bəzən belə uşaq kiçikləri qorxutmaqla özünü cəsarətli və qoçaq sayır, lakin həyatın sərt sınaqları qarşısında əyilir, sınır.
Sübut edilmişdir ki, əgər uşaq pis xasiyyətlərlə boy atırsa, bunun əsas səbəbkarı valideynlərdir. Çünki ailədə uşağın tərbiyəsi, nəzarəti, davranışın tənzimlənməsi, ona necə yol göstərilməsi birbaşa valideynin vəzifəsidir. Bəs valideyn uşağını tərbiyələndirərkən nələrə diqqət etməlidir.
İlk əvvəl hər bir valideyin uşağının tərbiyəsinə nə qədər tez başlarsa, bir o qədər yaxşı olar.
Valideynin övladı qarşısında ilk vəzifəsi onu sağlam böyütməsidir.
Valideynlər övladlarının sağlamlığının qeydinə qalmaqla yanaşı, uşaqlarının xətrinə öz sağlamlıqlarının da qayğısına qalmalıdırlar.
Valideyn övladını digər övladlarından ayırmamalı, övladın böyüyünü-kiçiyini, qızı-oğlanı seçməməlidir. Bu yolverilməzdir!!! Ailədə uşaqlqar arasında ümumi dilin olmaması, paxıllıq, xudpərəslik, küskünlük, dava-dalaş çox zaman bu səbəbdən baş verir. Valideyn çalışıb sağlam və şikəst uşağını belə bir-birindən ayırmamalıdır.
Valideyn övladını uşaqlıqdan ailəsinə, vətəninə, xalqına sədaqətli böyütməlidir.
Valideyn çalışıb oğlan və qızı ayrı-ayrılıqda öz cinsinə uyğun xarakterdə tərbiyə eləməlidir.
Valideyn bilməlidir ki, onun ərköyün böyütdüyü uşaq, gələcək həyatında maneələrlə üzləşəcək. Valideynin uşaq qarşısında vəzifələrindən biri də, onu elmə yönləndirmək və bu yolda yürüməkdə ona kömək göstərməkdir.
Elm, bilik və gözəl tərbiyə insanın qarşısından duran açıq qapıdır. Bu qapını açmağı hər uşağa öz valideyni öyrətməlidir.

immunitet.az

loading...

Məsləhət Görürük

x%c9%99st%c9%99lik

Xəstəlikdən qorxan insanlar

Xəstəlikdən qorxan insanlar. Mütəxəssislərin apardığı araşdırmalar xəstələnməkdən qorxan insanların daha çox xəstəliyə tutulma riski oltuğunu …

Яндекс.Метрика

Designed by F.Aliyev