Qaynar Məqalələr

Bakterial allergiya

bakterial-allergiya

Bakterial allergiya.
Bakteriyaların  və  onların  həyat  fəaliyyəti  məhsullarının  orqanizmə  təkrarən  daxil  olması nəticəsində  baş  verən  allergiya  bakterial  allergiya  hesab  edilir. Allergiyanın  bu  növünü  ilk  dəfə R. Kox  dərisi  altına  tuberkulin  yeridilmiş  vərəmli  xəstələrdə  müşahidə  etmişdir.  Tuberkulin içərisində  vərəm  çöplərinin  kulturası  olan  bulyonun  filtiratıdır. Onu  vərəmli  xəstələrin  dərisi altına  yeritdikdən  6-12  saat  sonra  infeksiya  nahiyyəsində  hiperemiya  və  şişkinlik  əmələ  gəlir. Bu dəyişikliklər  24-48  saat  sonra  maksimal  səviyyəyə  çatır. Vərəmə  yoluxmamış  şəxslərdə  bu  reaksiya  müşahidə  edilmir.
Tuberkulinə  qarşı  reaksiya  bakterial  allergik  reaksiyaların  tədqiq  edilmiş  ilk  növüdür. Bu  cür reaksiyaların  bütün  növlərinə  tuberkulin  tipli  reaksiyalar  deyilir.
Bakterial  allergik  reaksiyalardan  bir  sıra  yoluxucu  xəstəliklərin  diaqnostikasında  geniş  istifadə edilir. Bu  diaqnopstik  reaksiyaların  spesifikliyi  kifayət  qədər  yüksəkdir. Onların  kliniki  və laborator  üsullarla  aşkar  edilməsi  mümkün  olmayan  xəstəliklərin  diaqnozunu  qoymağa  yardım edir.

immunitet.az

loading...

Məsləhət Görürük

qizarti

Kürək nahiyyəsində səpgilər, qızartı və ləkələrin səbəbi

Kürək nahiyyəsində səpgilər, qızartı və ləkələrin səbəbi. Bədənin  bir hissəsində olan səpgilər və qızartılar hansısa …

Яндекс.Метрика

Designed by F.Aliyev