Qaynar Məqalələr

Mal əti və göbələkli basdırma

gunorta

Mal əti və göbələkli basdırma.
Lazım olanlar:
– 500 qram mal əti
– 2 ədəd yer kökü
– 2 ədəd soğan
– 5-6 ədəd kartof
– 200 qram şampinyon göbələyi
– keşniş, göy soğan
– duz, istiot.
Basdırma üçün:
– 150 qram ət bulyonu
– soya sousu
– 1 xörək qaşığı bal
– 1 xörək qaşığı konyak
– 1 xörək qaşığı balzamik uksus
– üyüdülmüş hind qozu
– duz, istiot.
Ət iri kubuk şəklində doğranır, basdırma edilir. Basdırmanı hazırlamaq üçün lazım olanlar – ərzaqlar qarışdırılır, ət qarışımın içinə qoyulub soyuducuda 10-12 saat saxlanılır. Zövqə görə digər basdırmadan da istifadə etmək olar.
Sonra tavaya yağ tökülüb qızdırılır, ətlər basdırmadan çıxarılıb yüngül qızardılır. Ətlər qızardıqdan sonra həmin yağda göbələklər və soğan, yer kökü ayrı-ayrı zəif qızardılır.
Sonra sobada bişəcək qaba əvvəlcə qızardılmış göbələklər, üstünə soğan və yerkökü, kartof və ət düzülür, xırda doğranmış göyərti səpilir. Qabın üstü folqa kağızla örtülüb, sobada bişirilir.

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev