Qaynar Məqalələr

Aknitik keratoz

0876

Aknitik keratoz.
Aknitik keratoz dərinin görünən hissəsində əmələ gələn xoşxassəli şiş xəstəliyidir. Xəstəliyə ən çox 50 yaşından yuxarı olan adamlarda rast gəlinir. Aknitik keratoza 30%kişilərdə, 70% isə qadınlarda rast gəlinir. Xəstəliyin əmələ gəlməsində dərinin uzun müddət günəş şüalarına məruz qalması, ultrabənovşəyi şüalanma və radiasiyanın dəriyə təsir etməsidir. Xəstəlik ən çox dərinin görünən hissələrində, yəni üzdə, əllərdə, boyun və kürək nahiyyədə əmələ gələn dəri artımları ilə özünü biruzə verir. Bu artımlar xırda, yumru, quru və dairəvi şəkildə olur. Keratozların içərisində sarı-qəhvəyi rəngdə infiltrat olur və onu qopartdıqda qanaxma baş verə bilir.
Keratozun hipertrofik formasında kiçik papillomatozlar da inkişaf edir ki, bu hiperkeratozun əmələ gəlməsinə səbəb olur.
Keratozun atipik formasında isə dərinin epidermis qatı atrofiyaya uğrayır.
Aknitik keratoz zərərsiz xəstəlikdir, heç bir orqan və toxumalara mənfi təsir göstərmir. Onun insana verəcəyi narahatlıq hissi yüngül qaşınma və zəif ağrı ola bilir. Amma mütəxəssislər bu xəstəliyi dəri xərçənginə səbəb olan, risk faktorları siyahısına salıblar.
Xəstəliyə diaqnozun qoyulmasında keratozların kliniki əlamətləri və biopsiyanın nəticələri əsas götürülür.
Keratozun müalicəsi üçün aşağıdakı vasitələrdən istifadə edilir.
*Sulu azotla dondurma üsulu.
*Keratozun qaşınması.
*Kremlər və məlhəmlər.
*Kimyəvi üsullarla oyma
* Lazer müalicəsi
* Dermabrasiyon.

immunitet.az

loading...

Məsləhət Görürük

atipik-xal

Anadangəlmə atipik xallar

Anadangəlmə atipik xallar Anadangəlmə atipik xallar yeni doğulmuş körpənin dərisində iri ölçüdə tünd ləkənin olması …

Яндекс.Метрика

Designed by F.Aliyev