Qaynar Məqalələr

Hipertrioz

hipert

Hipertrioz.
Klinik şəraitdə qalxanabənzər vəzin funksiyasının pozulmaları ilə əlaqədar olan müxtəlif xəstəliklərə tez-tez rast gəlinir. Bu xəstəliklərin bəziləri vəzinin birincili zədələnmələri ilə, bəziləri isə vəzin mərkəzi tənzimləmə mexanizminin pozulmaları ilə baş verir. Bu pozulmalar hormonların təsirindən vəzidən sekresiya edildikdən sonra ifrazatın blokadaya alınması ilə əlaqədar ola bilir. Lakin bəzən hormonların normal sekresiya olunmaması mənşəyi bəlli olmayan səbəblərdən də baş verə bilir.
Müxtəlif ölkələrin ədəbiyyatında hipoertrioz Bazedov xəstəliyi və ya Qreyvs xəstəliyi adı ilə də qeyd edilir. Xəstəlik tiroid hormonlarının qana həddindən çox sekresiya edilməsindən meydana gəlir. Xəstəliyin ağır formaları tireotoksikozla müşayiət edilir. Bu xəstəliyin əsas 3 əlaməti var:
1. Qalxanvari vəzin hormonunun artması(ur)
2. Ekzoftalm (dombagözlük)
3. Taxikardiya (ürək vurğularının sayının artması)
Hipertrioz zamanı xəstələrdə ümumi zəiflik, narahat yuxu, arıqlama, əllərdə əsmə və subfebril qızdırma müşahidə edilir.
Hipertrioz zamanı xəstələrin orqanizmində dissimliyasiya prosesləri sürətlənir, oksigen və hormon mübadiləsinin sərfi artır. Bu zaman karbohidratların, zülalların və lipidlərin katobolozmi artır, hüceyrə membranı ilə rabitəli olan heksokinaza fermentinin fəallığı yüksəlir. Eyni zamanda qaraciyər və əzələ fosfoliralası aktivləşir, nəticədə qlükogenoliz sürətlənir və hüceyrələri qlükogen ehtiyatı azalır. Tireotoksikoz zamanı qanda hiperqlikemiya olur, qaraciyər insulinazasının fəallığı artır. Xəstəlik uzun müddət və müalicəsiz sürdükdə prosesə şəkərli diabet də qarışır.

immunitet.az

loading...

Məsləhət Görürük

hormon-s

Somatotrop hormon və onun orqanizmdə rolu

Somatotrop hormon və onun orqanizmdə rolu Somatotrop  hormonadenohipofizin  lateral  hissəsində  yerləşən  eozinofil  hüceyrələrdə  sintez edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev