Qaynar Məqalələr

Orqanizmdə baş verən ekstremal vəziyyətlər

orqanizm

Orqanizmdə baş verən ekstremal vəziyyətlər.
Ekstremal vəziyyətlərin bütün növlərində maddələr mübadiləsi və orqanizmin funksiyaları bir-birinə oxşayan dəyişikliklərə uğrayır. Onların hamısı toxuma hipoksiyasının inkişafına səbəb olur. Bəzi hallarda ekstrimal vəziyyət bilavasitə hipoksiya ilə əlaqədar olur.
Ekstremal vəziyyətlər zamanı orqanizmin hüceyrələrindən qana çoxlu histamin, serotonin, lizasom fermentləri və başqa fizioloji aktiv maddələr keçir. Onlar sinir sistemi fəaliyyətinin, tənəffüsün, ümumi və yerli qan dövranının dəyişikliklərinə səbəb olurlar.
Bütün ekstrimal vəziyyətlər mikrosirkulyasiyanın bu və ya digər dərəcədə pozulması ilə müşayiət edilir.
Ekstrimal vəziyyətlərinən səciyyəvi göstəricilərindən biri ümumi hemodinamikanın pozulmasıdır. Pozulma həm birincili, həm də ikincili inkişaf edə bilər.
Ekstremal vəziyyətlərin patogenezində bir-biri ilə əlaqədar yaranan və orqanizmdə olan pozğunluqları daha da dərinləşdirən patoloji reaksiyaların, yəni qüsurlu reaksiyaların mühüm rolu vardır. Məsələn, şok zamanı mərkəzi sinir sisteminin fəaliyyətində baş verən dəyişikliklər sayəsində qan dövranının və tənəffüs sisteminin tənzimedici sistemləri pozulur. Bu, orqanizmin hipoksiya vəziyyətinə düşməsinə səbəb olur. Hipoksiya isə öz növbəsində sinir, qan-damar və tənəffüs sistemi fəaliyyətinin pozulmalarını daha da dərinləşdirir, kollaps baş verir. Kollaps nəticəsində qarın boşluğu orqanlarında çoxlu miqdarda qan toplanır və dövran edən qanın miqdarı azalır. Bu zaman venalar vasitəsilə ürəyə az qan gəlir, nəticədə dövran edən qanın həcmi daha da azalır və orqanizmin ümumi vəziyyəti ağırlaşır.
Ekstremal vəziyyətlər xarici tənəffüs funksiyasının bu və ya digər dərəcədə pozulması ilə müşayiət olunur. Adətən tənəffüsün dərinliyi, tezliyi, tənəffüsün ritmi, nəfəsalma və nəfəsvermə fazalarının qarşılıqlı münasibəti dəyişikliyə uğrayır.
Ekstremal vəziyyətlərin əksəriyyəti geriyə dönə bilən proseslərdir. Lakin terminal hal spesifik təxirəsalınmaz tibbi yardım göstərilmədikdə orqanizmin məhv olması ilə nəticələnir.

immunitet.az

loading...

Məsləhət Görürük

ilk-t

Bəzi xəstələrə ev şəraitində ilk tibbi yardım

Bəzi xəstələrə ev şəraitində ilk tibbi yardım 1. Böyrək sancılarını adətətən böyrək daşları verir. Sancılar …

Яндекс.Метрика

Designed by F.Aliyev