Allergiya və onun əmələ gəlməsi

allergik

Allergiya və onun əmələ gəlməsi.
Allergiya  orqanizmin  antigen  təbiətli  maddələrə  qarşı  yüksəlmiş  və  təhrif  olunmuş  reaksiyasıdır. Orqanizmin yad təbiətli amillərə qarşı spesifik cavabvermə qabiliyyəti allergiya adlanır.
Allergik  reaksiyalar  immun  mexanizmlərlə  əlaqədar  olur. Belə ki, orqanizmin  immuniteti  nə  qədər  zəif  olarsa, onun  yad  cismlərə  qarşı  cavab  reaksiyası  da  bir  o  qədər  sərt  olur.
Orqanizmdə  allergiyanın  baş  verməsi  antigenin  miqdarından  və  immunitetin  dərəcəsindən asılıdır. Allergik  reaksiyalar  antigen  xassəli  maddələrin  orqanizmə  təsirindən  yaranır. Antigen maddələr  infeksion  və  qeyri-infeksion  mənşəli  olur.
Qeyri-infeksion  mənşəli  allergenlərə  məişət  allergenləri, kitabxana  tozcuqları,  epidermal allergenlər, dərman  preparatları, istehsalat  tozları  və  s.  daxildir.
İnfeksion  mənşəli  allergenlərə  isə  bakteriyalar  və  onların məhsulları, viruslar  və  göbələkciklər aiddir.
Allergiya  anadangəlmə  və  qazanılma  olmaqla  2  qrupa  bölünür. Orqanizm  yad  maddəyə  allergiya reaksiyası  verdikdə  aşağıdakı  patologiyalar  baş  verə  bilir:
– asqırma
– öskürmə
– konyuktvit əlamətləri
– bronxit əlamətləri
– qaşınma
– dəridə səpgilər
– anafilaktik şok.

immunitet.az

loading...

Məsləhət Görürük

qizarti

Kürək nahiyyəsində səpgilər, qızartı və ləkələrin səbəbi

Kürək nahiyyəsində səpgilər, qızartı və ləkələrin səbəbi. Bədənin  bir hissəsində olan səpgilər və qızartılar hansısa …

Яндекс.Метрика

Designed by F.Aliyev