Qaynar Məqalələr

Rozeola səpgiləri

rozeola

Rozeola səpgiləri.
Rozeola əsasən infeksion xəstəliklərdə, bəzən digər xəstəliklərdə təsadüf edilir.
Qarın yatalağı və paratifləri kliniki xüsusiyyətlərinə görə fərqləndirmədikləri üçün bakterioloji analizin cavabını alana qədər tif-paratif xəstəlikləri adlandırılır. Rozeola, xəstəliyin 8-10-cu günləri xəstələrin 70-80%-də rast gəlinir. Onlar monomorf, dəridən bir qədər hündürə qalxmış, kənarları hamar olur və açıq rəngə çalır. Adətən qarının yuxarı hissələrində, döşün yan tərəflərində tək-tək 3-8 ədəd səpgi yerləşir. Paratiflərdə bəzən ətraflara və gövdəyə də yayılırlar. Xəstəliyin kəskinləşmsi, yeni qızdırma dalğası təzə səpgilərlə müşayiət olunur. 2-4 gün ərzində səpgilər itir, bəzən isə piqmentləşmə verir. Səpgilərlə yanaşı adətən daimi temperatur, hepato-lienal sindromu, kəskin intoksikasiya əlamətləri, hətta tifoz vəziyyət qeyd edilir.
Rozeola səpgiləri, səpgili yatalaqlı xəstələrin əksəriyyətində rast gəlinir. Bu zaman səpgilər erkən qızdırmanın 4-5-ci günləri meydana çıxır, çox olur, dəridən hündürə qalxmır, kənarları sağlam dəridən tam ayrılmır. Ən çox gövdənin yan tərəflərində, döşdə, ərtaflatın bükücü səthlərində yerləşir. Səpgili yatalaqlı xəstələrdə rozeola səpgiləri ilə birlikdə petexiya səpgiləri də olur. Bu zaman rozeola 2-7, petexiya isə 7 gün çəkir.
Qəfləti ekzantema xəstəliyi zamanı da xəstələrdə rozeola səpgilərinə rast gəlinir. Bu zaman temperatur qəfildən yüksəlir, 3-4 gün sonra səpgilər peyda olur. Səpgilər piqment vermir və 3 günə sağalır. Xəstəliyə ən çox məktəbəqədər yaşlı uşaqlarda rast gəlinir.
Psevdovərəm xəstəliyi də residiv dövründə rozeola səpgiləri verə bilir. Xəstəliyin ağır olması rozeola səpgilərinin təzahür etməsi ilə özünü biruzə verir.
İkincili sifilis xəstəliyi də rozeola səpgiləri ilə müşayət edilir və o, birinci sifiliomadan 30-40 gün sonra meydana çıxır. Bu zaman bədən temperaturu normal olur, xəstənin əhvalı pozulmur. Bəzi xəstələrdə səpgilərin üzə çıxdığı zamnlar baş ağrısı, qızdırma, kefsizlik ola bilir.

immunitet.az

loading...

Məsləhət Görürük

atipik-xal

Anadangəlmə atipik xallar

Anadangəlmə atipik xallar Anadangəlmə atipik xallar yeni doğulmuş körpənin dərisində iri ölçüdə tünd ləkənin olması …

Яндекс.Метрика

Designed by F.Aliyev