Qaynar Məqalələr

İnfarkt nədir?

infarkt

İnfarkt nədir?
İnfarkt qan dövranının pozulması nəticəsində toxumalarda yaranan nekrozdur.  Etioloji cəhətdən infarktı işemiyanın nəticəsi hesab etmək olar. İnfarkt çox vaxt arteriyaların trombozu, emboliyası və uzun müddət davam edən spazmı nəticəsində əmələ gəlir. Bundan əlavə funksional gərginlik dövründə orqanlara gələn qanın müvafiq surətdə artmaması da infarkta səbəb ola bilir. Arteriya divarının zədələnməsi, qan dövranının zəif inkişafı, hüceyrədaxili mübadilənin zəifləməsi infarktın yaranmasına səbəb olur və onun gedişini zəiflədir.
Adətən infarkt arteriya divarının zədələnməsi və qan dövranının pozulması ilə əlaqədar olan xəstəliklərin fonunda əmələ gəlir. Bu xəstəliklərə aiddir:
– atereskleroz
– hipertoniya
– uzun sürən septik endokardit
– revmatizm
– ürək qüsuru və s.
Bundan əlavə zədələnmiş arteriya divarının elastikliyi azaldığına görə, tromba görə də infarkt baş verə bilir. Əsasən infarktın əmələ gəlmə səbəbi kimi damarlarda trombun yaranması əsas götürülür. Əsas arteriyaların tromb və embol vasitəsilə tutulduqda, həmçinin orqanizmin funksional aktivliyi artdıqda toxumaların təlabatının bir hissəsi anastomoz və kollateral qan dövranı hesabına ödənilir.
Toxumadaxili mübadilənin vəziyyətinin də infarktın əmələ gəlməsində rolu böyükdür. Çox vaxt infarkt qabaqcadan hipoksiyaya uğramış orqan və toxumalarda yaranır. Qan dövranına və maddələr mübadiləsində heç bir patoloji dəyişikliklər olmayan orqan və toxumalarda, infarkt yalnız iri magistral arteriyaların mənfəzinin kəskin surətdə və tam tutulması nəticəsində yarana bilər.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev