Qaynar Məqalələr

Hipofizin endokrin funksiyası

45678

Hipofizin endokrin funksiyası.
Hipofiz (beynin alt artımı) kəllə əsası çuxurunda, türk yəhəri nahiyyəsində yerləşən, ovalşəkilli, ümumi kütləsi 0,6-0,7 qram olan vəzidir. Yetkinlik yaşına çatmış şəxsin hipofizində 2 hissə ayırd edilir:
1. Adenohipofiz.
2. Neyrohipofiz.
Adenohipofiz və ya hipofiz vəzin ön payı vəzin ümumi kütləsinin 75%-ini təşkil edir. Bəzən döldə, 5 yaşına qədər olan uşaqlarda və hamilə qadınlarda hipofizin orta payı da nəzərə çarpır. Digər hallarda hipofizin ön və arxa payları arasında sərhəd olmur və onlar bütöv bir pay şəklində olur. Histaloji müayinə zamanı adenohipofizdə 3 qrup hüceyrə ayırd edilir ki, onlar da aşağıdakılardır:
– bazofillər
– eozinofillər
– xromofoblar.
Bazofil hüceyrələrdə adrenokortikotrop, follikulo stimulyasiya edici, lüteinləşdirici hormonlar sintez edilir.
Eozinofil hüceyrələr 2 yerə bölünür. Bunlardan bir qrupu somatotrop hormon (boy hormonu), ikinci qrup isə prolaktin ifraz edir.
Xromofob hüceyrələrdə hormon sintez edilmir.
Hipofizin ön payı insanda praktik olaraq, müşahidə edilmir və hormon sintezində iştirak etmir.
Hipofizin arxa payı (neyrohipofiz) hipotalamusda sintez edilən heyrohormonlar (vazopressin və oksitosin) üçün rezervuar funksiyası daşıyır. Hipotalamus hormonları neyrohipofizdə həm ehtiyat üçün saxlanılır, həm də aktiv hala salınaraq buradan hissə-hissə qana keçir.

immunitet.az

loading...

Məsləhət Görürük

hormonlar

Hormonlar haqqında məlumat

Hormonlar haqqında məlumat. Hormonlar daxili sekresiya vəzilərində sintez edilərək, qan vasitəsilə orqanizmin müxtəlif toxumalarına yayılan, …

Яндекс.Метрика

Designed by F.Aliyev