Mədəaltı vəzin endokrin funksiyası

medealti

Mədəaltı vəzin endokrin funksiyası.
Mədəaltı  vəzi (pankreas) mədənin arxa tərəfində I-II bel fəqərələri səviyyəsində, onikibarmaq bağırsaqla dalaq qapısı arasında yerləşən tək orqandır. Onun uzunluğu 10-23 sm, eni 3-9 sm, qalınlığı 2-3 sm-dir. Mədəaltı vəzi qarışıq funksiyalı olub, həm endokrin, həm də ekzokrin orqan kimi fəaliyyət göstərir. Vəzinin hüceyrələrinin əksəriyyəti müxtəlif həzm fermentləri hazırlayır. Bunlara aiddir:
– amilazalar
– lipazalar
– peptidazalar
– nukleazalar.
Lakin vəzin daxilində endokrin funksiyalı hüceyrə qrupları yığımından ibarət olan hissəciklər vardır ki, onara Langerhans adacıqları deyilir.
Orta yaşlı adamın mədəaltı vəzisində 200000-dən 1760000-ə qədər Langerhans adacıqları olur. Bu adacıqların hüceyrələrdə somatostatin hormonu, pankreatik polipeptid sintez edilir. Bu hüceyrələrdən sintez olunan insulin hormonunun adı da “adacıq” sözündən götürülmüşdür.

immunitet.az

loading...

Məsləhət Görürük

hormonlar

Hormonlar haqqında məlumat

Hormonlar haqqında məlumat. Hormonlar daxili sekresiya vəzilərində sintez edilərək, qan vasitəsilə orqanizmin müxtəlif toxumalarına yayılan, …

Яндекс.Метрика

Designed by F.Aliyev