Qaynar Məqalələr

Dərinin piqmentləşməsi

piqment

Dərinin piqmentləşməsi.
Piqmentləşmə dəri toxumasında piqment ləkələrinin əmələ gəlməsidir. Piqmentləşmənin dərəcəsi dəridə melaninin az və ya çox olmasında asılı olur. Dəridə piqmentləşmə dərinin fizioloji müdafiəsi kimi qiymətləndirilir. Piqmentləşmə, düz düşən günəş şüaları dəriyə təsir edən zaman, kimyəvi maddələrin təsirindən (yod) və dərinin gün şüalarına qarşı həssaslığından əmələ gəlir.
Bəzi hallarda isə endokrin sistemi xəstəlikləri, xroniki infeksia xəstəlikləri ( vərəm, malyariya), vitamin çatışmazlığı (Pellaqra), qaraciyər funksiyasının pozğunluqları, müxtəlif kimyəvi-toksiki faktorların (mişyak, xinin) orqanizmə daxil olması, dərinin piqmentləşməsinə səbəb ola bilir.
Piqmentləşmə insanlarda xoşagəlməz duyğu yaradan xəstəlikdir. İnsanlar buna məruz qaldıqda çox narahatçılıq hissi keçirirlər.
Piqmentasiyanın dəri xəstəliklrindən çox üstünlükləri var. O dərini qıcıqlandırıb, qaşınma vermir. Piqmentasiyanın yaratdığı yeganə xoşagəlməz xüsusiyyəti onun dəridə əmələ gətirdiyi tünd rəngli ləkələrdir ki, bu da cox zaman gün şüalarının təsirindən baş verir.
Bəzi hallarda piqmentləşmə müvəqqəti ola bilir. Belə ki, mövsümlə əlaqədar olaraq bir çox adamların dəriləri isti günlərdə piqmentləşir, qış mövsümü gəldikdə isə ləkələr itib gedir.
Piqmentləşmənin əmələ gəlməsində dərinin spesifik xüsusiyyətinin də rolu böyükdür. Əgər sizdə də yay günlərində dərinizdə piqment ləkələri əmələ gəlirsə, gün şüalarından qorunmaqla bunun qarşısını almaq mümkündür.
Dəridə piqment ləkələri görən kimi kosmetoloqa müraciət etmək lazım deyil. Əvvəlcə terapevtin məsləhətinə qulaq asmaq lazımdır.
Dəridə günəş şüalarından əmələ gəlmiş piqment ləkələrini ev şəraitində də aradan qaldırmaq mümkündür. Bunun üçün ağardıcı kremlərdən, tərəvəzlərdən hazırlanmış maskalardan, limon şirəsindən qoyulmuş kompreslərdən istifadə etmək kifayətdir.
Əgər dərinizdəki piqment ləkələri mövsümi deyilsə, onda kosmetoloji kabinetlərdə aşağıdakı vasitələrdən istifadə etməklə onlardan xilas ola bilərsiniz:
– kimyəvi pilinq
– lazer
– şüa vasitəsilə dərinin cavanlaşdırlması.

immunitet.az

loading...

Məsləhət Görürük

atipik-xal

Anadangəlmə atipik xallar

Anadangəlmə atipik xallar Anadangəlmə atipik xallar yeni doğulmuş körpənin dərisində iri ölçüdə tünd ləkənin olması …

Яндекс.Метрика

Designed by F.Aliyev