Qaynar Məqalələr

Azyaşlıların cinsiyyət orqanlarının iltihabi xəstəlikləri

ginekoloji

Azyaşlıların cinsiyyət orqanlarının iltihabi xəstəlikləri.
Məktəbəqədər yaşlı və məktəb yaşlı qız uşaqlarının cinsiyyət orqanlarında tez-tez iltihabi xəstəliklərə rast gəlinir.Məktəb illərində qızlarda və yeniyetmələrdə iltihabi proses yerini menstural funksiyanın pozulmasına və neyroendokrin pozulmalara verərək ikinci plana keçir.
Qızların cinsiyyət orqanlarının anatomik – fizioloji xüsusiyyətləri ilə əlaqədar olaraq iltihabi proses xarici cinsiyyət orqanlarında və uşaqlıq yolunda asanlıqla əmələ gəlir.
Vulvovaginitlər birincili və ikincili olur. Birincili qeyri-spesifik vulvovaginitlər qrupuna cinsiyyət orqanlarına fiziki, kimyəvi və infeksion amillərin birbaşa təsiri ilə üzə çıxan xəstəliklər aiddir.
İkincili qeyri-spesifik iltihabi qrupa ümumi xəstəliklər (qızılca, məxmərək, skarlatina, pnevmoniya, enterebioz) aiddir.
Qızlarda vulvitlərin və vaginitlərin əmələ gəlməsinə təkcə cinsiyyət orqanlarının anatomik-fizioloji xüsusiyyətləri deyil, eləcə də etioloji amillərin xüsusiyyətləri təsir göstərir.
Kiçik yaşlı qızlarda vulvovaginitlərin əmələ gəlməsində infeksion amillər birinci yeri tutur. 70% uşaqlarda infeksion prosesi bakteriya və göbələklər, 20% hallarda viruslar, 10% hallarda isə digər mikroblar törədir.
Xəstəlik tədricən inkişaf edir və uzunmüddətli olur. Xəstələrin şikayətləri sidik ifrazından sonra yanğı, göynəmə hissiyatından, xarici cinsiyyət orqanlarında ağrılardan şikayətlənirlər.
Diaqnoz xəstənin şikayətlərinə əsasən qoyulur.
Xəstəliyin müalicəsi qızların şəxsi gigiyenalarına əməl etməklərindən çox asılıdır. Qız uşaqlarının xarici cinsiyyət orqanlarını təmiz saxlamaları, alt paltarlarını ütülənmiş halda geyinmələri xəstəlikdən uzaq olmalarına səbəb olur. Xəstəliyin müalicəsində orqanizmin müdafiə gücü artırılmalı, bu məqsədlə də vitaminlər, stimullaşdırıcı terapiya təyin edilməlidir. Xəstəyə antibakterial, antifunqal müalicə ilə birgə, çobanyastığı dəmləməsi vannası yaxşı təsir edir.

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev