Bifişteks salatı

bifisteks

Bifişteks salatı.
Lazım olanlar:
* 120 qram dana əti
* bir neçə ədəd kahı yarpağı
* 7-8 ədəd pomidor
* 2 ədəd xiyar
* dərəotu
* 2 xörək qaşığı konserv qarğıdalı
* duz
* istiot
* kəkotu.
Sous üçün:
* 2 xörək qaşığı zeytun yağı
* 2 xörək qaşığı balzamik sirkə
* 1 çay qaşığı xardal (zövqə görə)
* duz.
Hazırlanması:
Kahının yarpaqları yuyulub suyu süzülür, pomidor və xiyarla birlikdə doğranır. Yağsız dana əti duz və ədviyyatlarla dadlandırılıb qrildə bişirilir. Ətin hər iki üzü yaxşı qızarmalıdır. Ətlər bişərkən tərəvəzlər sousla qarışdırılır və bişmiş ətlər düzbucaqlı şəklində doğranıb salatın üzərinə düzülür. Bifişteks salatı süfrəyə isti-isti verilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

pecenye

Qozlu peçenye

Qozlu peçenye. Lazım olanlar: * 125 qram kərə yağı * 1 armudu stəkan duru yağ …

Яндекс.Метрика

Designed by F.Aliyev