Doğuşdan sonra böyrək zədələnmələrinin müalicəsi

hamilelikde-boyrek

Doğuşdan sonra böyrək zədələnmələrinin müalicəsi.
Hamiləlik zamanı əmələ gələn böyrək zədələnmələri adətən konservativ müalicə üsullarına tabe olmur, müalicə ancaq onun inkişaf tempini azalda bilir.
Hamiləlik zamanı əmələ gələn böyrək zədələnmələrinin (gestozun) müalicə olunmasında əsas məqsəd hamiləliyin sona çatdırılmasına nail olmaqdır. Əgər hamilə qadın gestoz zamanı daima həkim nəzarəti altında olmasa, doğuş vaxtında aparılmasa, ya ana, ya uşaq, bəzən də hər ikisi tələf olur. Hamiləlik zamanı böyrək zədələnməsi diaqnozu qoyulduqda təcili doğuş tədbirləri görmək lazımdır. Təcili doğuş aşağıdakı səbəblər olduqda məsləhət görülür:
– hemolitik uremik sindrom
– nevroloji pozğunluqlar
– qanda kreatinin səviyyəsi yüksək olduqda
– arterial təzyiq 110-150mm, civə sütunundan çox olduqda
– 36 həftə və ondan artıq hamiləlik müddəti olduqda
– qıcolmalar başladıqda.
Bu əlamətlərin olması ilə yanaşı təcili doğum üçün həkimlər tərəfindən xəstənin vəziyyəti hərtərəfli qiymətləndirilməlidir.
Hamiləlik zamanı əmələ gələn böyrək zədələnmələri adətən doğuşdan sonra 1-2 ay ərzində geri çəkilir. Böyrəyin sağalması isə bəzən 6 ay vaxt aparır.
Əslində hamiləlik zamanı əmələ gələn böyrək zədələnmələri çətin sağalan sindromdur. Bəzi hallarda isə hamiləliyin saxlanılması ana və uşaq üçün həyati təhlükə yarada bilir. Çünki bu sidromlar inkişaf edən olur və onun necə olacağı barədə proqnoz söyləmək mümkün olmur.
Gestozun müalicəsi bəzi əlamətlərin tormozlanmasına və yalançı yaxşılaşmaya səbəb ola bilir. Buna görə də xəstəliyə düzgün diaqnozun qoyulmasında yeganə düzgün radikal müalicə hamiləlik başa çatdıqdan sonra aparılan müayinə və müalicə üsullarıdır. Hamiləlik vaxtı aparılan müalicə isə xəstənin vəziyyətini müvəqqəti yüngülləşdirməkdən, ana və uşağa zərər vermədən onları doğuşa qədər saxlamaqdan ibarət olur.
Belə xəstələri doğuşdan sonra xüsusi intensiv terapiya stasionarına yerləşdirirlər. Onların təzyiqi, proteinuriyası daima diqqət mərkəzində olur. Qanda kreatinin, transaminazaların, sidik cövhərinin, trombositlərin miqdarı, hematokrit yoxlanılır, yeni doğulmuş uşaq isə USM olunur, onun biofiziki göstəriciləri təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

pehriz

Pielonefrit və böyrəkdaşı zamanı pəhriz

Pielonefrit və böyrəkdaşı zamanı pəhriz Pielonefrit zamanı pəhriz təyin etdikdə sidiyin pH-ı nəzərə alınır. Çünki …

Яндекс.Метрика

Designed by F.Aliyev