Qaynar Məqalələr

Xroniki böyrək çatışmazlığı xəstələrinin qidalanma rejimi

pehriz-boy

Xroniki böyrək çatışmazlığı xəstələrinin qidalanma rejimi.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr gün ərzində 6 dəfə, hissə-hissə, eyni vaxtda, eyni miqdarda ərzaq məhsulları ilə qidalanmalıdır.
XBÇ xəstələrinə aşağıdakı qida rasionu tövsiyə edilir:
Un məmulatları.
Ağ çörək, peçenye, bulka, suxari və başqa un məmulatları.
Suplar.
Vegeterian, müxtəlif tərəvəzlərdən hazırlanan suplar, borşlar, şi, doğramac, meyvə supları.
Tərəvəzdən hazırlanmış yeməklər və qarnir.
Tərəvəzdən hazırlanmış kotletlər, ruletlər, kartof, kələm, gül kələmi, noxud, badımcan, pomidor, yerkökü, kahı, göyərti, çuğundur, xiyar.
Undan hazırlanmış və müxtəlif qidalar.
Piroq, blinlər, oladi, sıyıq, plov, dolma, makorondan hazırlanmış yeməklər, vermeşil, yağ və pendir.
Yumurta – gün ərzində yarım və ya 1 ədəd.
Süd və süd məhsulları məhdudlaşdırılır – dovğa, duzsuz pendir, kəsmik və xama istifadə edilir.
Bütün növ meyvə və giləmeyvələr tövsiyə edilir.
Kərə yağı və bütün növ bitki yağlarından istifadə etmək olar.
Belə xəstələrə qızardılmış yeməklər hazırlayanda məhsulu əvvəlcə mütləq bişirmək lazımdır.
XBÇ xəstələri açıq rəngli çay, qələvi mineral suları və itburnu dəmləməsindən istifadə etsələr yaxşı olar.
Belə xəstələrin qidalanması üçün müxtəlif mütəxəssislərin, müxtəlif versiyaları vardır.
Givonetti  gün ərzində tərkibində 18-25 qram zülal, 2-5 qram xörək duzu olan pəhrizin tətbiqinin xəstələr üçün əhəmiyyətli oluduğunu söyləmişdir.
Polec  xroniki böyrək çatışmazlığı xəstələrinə kartof pəhrizinin faydalı olduğunu və xəstələrin gün ərzində 100 qram kartof, 120 qram yağ, 50 qram şəkər, 300 qram meyvə-tərəvəz və 1,5 qram metionin qəbul eləmələrini məslhət görür.
Ketosteril  əvəzolunmayan aminturşulardan ibarət tabletlər formasında dərman vasitəsi kimi zülalsız pəhrizə üstünlük verir.
İstər pəhriz, istrsə də rejimli qidalanma zamanı xroniki böyrək çatışmazlığı olan xəstələr daima həkim nəzarəti altında olmalı və sağlığı ilə əlaqədar olan hər bir işi onun təlimatlarına əsasən görməlidirlər.

immunitet.az

loading...

Məsləhət Görürük

boyrek

Böyrək xəstələrinin obyektiv müayinə üsulları

Böyrək xəstələrinin obyektiv müayinə üsulları. Böyrək xəstələrinin müayinəsi zamanı ilk əvvəl xəstənin ağır, orta və …

Яндекс.Метрика

Designed by F.Aliyev