Qaynar Məqalələr

Vişnəli keks

visneli

Vişnəli keks.
Lazım olanlar:
* 3 yumurta
* 1 stəkan şəkər tozu
* 1 stəkan yarım un
* yarım stəkan nişasta
* 1 portağal qabığı (rəndələnmiş)
* 2-3 qaşıq kakao
* 1 paket vanil
* 1 paket qabartma tozu
* 1 portağalın suyu
* 1/4 çay qaşığı soda
* 2-3 damcı limon suyu
* 1 armudu stəkan duru yağ
* yarım stəkan süd.
Keksin üstünü bəzəmək üçün:
* vişnə
* böyrütkən
* 2 xörək qaşığı un
* şokolad dilimləri
* doğranmış fındıq.
Keksin xəmirini hazırlamaq üçün əvvəlcə yumurta və şəkər tozu mikserdə çalınır, portağal qabığı və vanil əlavə edilib qarışdırılır. Qarışıma süd, duru yağ, kakao və portağal suyu əlavə edilir və qarışdırılır. Sonda un, nişasta, qabartma tozu, soda və 2-3 damcı limon suyu əlavə edilib, eyni tərkibli kütlə halına gələnə kimi qarışdırılır.
Hazırlanan keks xəmiri qəlibin içrisinə salınmış yağlı kağızın üstünə tökülür.
Kənarda buzdolabı paketinin içərisinə un, böyürtkən və vişnələr qoyulur. Paket ehmalla qarışdırılaraq meyvələr unlanır. Unlu meyvələr qəlibdəki keks xəmirinin üzərinə düzülür və üstünə şokolad və fındıq düzülərək bəzənir.
Xəmir əvvəlcədən 180* isidilmiş sobada 25 dəqiqə ərzində bişirilir. İlk 20 dəqiqə ərzində sobanın ağzını açmaq olmaz.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev