Qaynar Məqalələr

Qışa tədarük – Marinadlaşdırılmış xiyar turşusu

xiyar-mar

Qışa tədarük – Marinadlaşdırılmış xiyar turşusu.
Lazım olanlar:
– 4 kq körpə xiyar
– 1 dəstə cəfəri
– 1 stəkan günəbaxan yağı
– 1 stəkan 9%-li uksus
– 80 qram duz
– 1 stəkan şəkər tozu
– 1 çay qaşığı qara istiot
– 1 diş sarımsaq.
1. Xiyarlar yuyulub qurudulur, hər iki ucundan azca kəsilir.
2. Xiyarlar əvvəlcə eninə 2 hissəyə, sonra isə uzununa 4 hissəyə doğranır.
3. Cəfəri təmizlənir, yuyulur, suyu süzülür. Doğranıb xiyarlarıın üstünə yığılır.
4. Şirli qaba yağ, uksus, çəkər tozu, istiot və duz tökülüb (100 qramlıq səkandan 1 barmaq aşağı), xiyar və cəfəri qaba əlavə edilir.
5. Sarımsaq xırda döğranır, qabdakı xiyarın üstünə tökülür.
6. 6-7 saat xiyar marinadın içərisində qalır və arada bir qarışdırılır ki, marinad bütün xiyarlara bulaşsın. Bu müddət ərzində xiyarın suyu çıxır və marinad xiyarın canına hopur.
Marinadlaşmış xiyarlar əvvəlcədən yuyulub qurudulmuş bankalara yığılır və 20-25 dəqiqə sterlizasiya edilir.
4 kq xiyardan təxminən 9 banka xiyar turşusu hazırlamaq olur.

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev