Qaynar Məqalələr

Dəridə virus xəstəlİyi

virus

Dəridə virus xəstəlİyi.
Dəridə virus xəstəlikləri anadangəlmə və sonradan qazanılmış olur. Sonradan qazanılmış virus xəstəlikləri orqanizmin immun səviyyəsi aşağı düşdüyündə və dəri toxumasına virusların yoluxması nəticəsində baş verir.
Xəstəlik yalnız dəri toxumasını zədələməklə keçmir. Dəri ilə birlikdə əsəb sistemi, görmə qabiliyyəti və eşitmə orqanının funksiyası da zəifləyir. Anadangəlmə dəridə virus xəstəliyi olguqda isə xəstə uşağın sinir sistemi ilə beyni də zərər görmüş olur. Nadir hallarda körpənin beyin toxumasında infeksiya ocaqlarına da rast gəlmək olur.
Xəstəyə müalicəni yalnız həkim təyin edə bilər. Xəstəyə kompleks müalicə təyin olunur. Bu zaman xəstəyə daxilə müalicə qəbul etməklə yanaşı, dəri örtüyünə xaricdən də müalicəvi prosedurlar təyin edilir. İlk növbədə dəridə infeksiya ocaqları varsa, onu aradan qaldırmağa çalışılır.
Xəstəyə interferon təyin edilir. İnterferon virus və iltihab əleyhinə dərman preparatıdır. O mənşəyi məlum olan və olmayan bütün növ virus xəstəliklərinə “antibiotik” təsiri göstərir. İnterferonun toksiki təsiri yoxdur, o tez bir zamanda müalicəvi təsir göstərməyə malik bir virusəleyhinə dərman preparatıdır. Dərmanın gündəlik dozası həkim tərəfindən təyin edilməlidir. Dərinin virusla zədələnmiş nahiyyələrinə isə interferon tərkibli mazlar sürtülür. Bundan başqa xəstəyə metilurasil, prednizalon, natrium nukleinat və ya dezoksirubonukleaza təyin edilir. Xəstəlik yoluxucu xarakter daşıdıına görə onunla bir evdə yaşayanların profilaktik tədbirlərə əməl eləməsi məsləhət görülür. Xüsusən də evdə azyaşlı uşaq varsa, onun xəstəliyə yolxdurmamaq üçün profilaktik tədbir vacibdir.
Xəstəlik residiv verə bilir. Bunun baş verməməsi üçün vaksinasiya tədbirləri görmək lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev