Hemangioma – Pir nişanəsi

pir-isaresi

Hemangioma – Pir nişanəsi.
Hemangioma xəstəliyi əsasən anadangəlmə olur.
Anadangəlmə hemangioma damarların anormallığı səbəbindən dəridə əmələ gələn qırmızı ləkələrdir. Xalq arasında bu ləkəyə”pir nişanəsi” deyirlər. Dəridə hemangioma anadangəlmə olub uşağın 1 yaşına kimi böyüyür. Bu qırmızı dəri ləkələri əsasən üz bölgəsində əmələ gəlir və nadir hallarda ölçüləri uşağın yaşı artdıqca böyüyür. Çünki hemangiomanın ölçüsü 1 yaşdan sonra artmır. Hemangiomanın 2 növü var:
1. Kapilyar damarların hemangioması.
2. Venoz damarların hemangioması.
Hemangioma nədir?
Hemangioma içərisi qanla dolu olan bir kisədir – kapilyarların anormallığı səbəbindən qansızmaların bir yerdə toplaşdığı bir kisə. Nadir hallarda bədənin başqa sahələrində də hemangiomaya rast gəlmək olrur. Hemangioma qorxulu xəstəlik sayılımır. Amma həyat əhəmiyyətli orqanlara təsiredəcək qədər böyük olarsa, həkimin müdaxiləsi vacibdir.
Hemngiomanın orqanizm üçün təhlükəli olub-olmaması onun yerləşdiyi yerdən, ölçüsündən və ətraf sahəsinə göstərdiyi təsirdən asılıdır. Ölçüləri kiçik və üst hissəsi düz olan hemangioma tam zərərsiz hesab edilir. Bəzən hemangiomaların ölçüsü sürətlə artır, yandakı dəri toxuması dartılmağa məcbur qalır. Belə hemangiomaların daxili toxumaları bərk kavernozdan ibarət olur. Bu cür hemangiomalar ətrafdakı toxumalara da yayılır və hətta sümük toxumasının deformasiyasına səbəb ola bilir. Bu zaman hemangioma xəstənin həyatı üçün təhlükə yarada bilər. Belə hemangiomaların müalicəsi onkoloqlar tərəfindən aparılır və əksər hallarda xəstə cərrahi müdaxiləyə məruz qalır.
Hemangiomanın ölçüsü, dərinliyi və ətraf toxumalara təsirini öyrənmək üçün maqnit rezonanas tomoqrafiya aparatının nəticələri əsas götürülür.

immunitet.az

loading...

Məsləhət Görürük

atipik-xal

Anadangəlmə atipik xallar

Anadangəlmə atipik xallar Anadangəlmə atipik xallar yeni doğulmuş körpənin dərisində iri ölçüdə tünd ləkənin olması …

Яндекс.Метрика

Designed by F.Aliyev