Böyrək donorunun seçilməsi və hazırlanması

emeliyyat

Böyrək donorunun seçilməsi və hazırlanması.
Böyrək transplantasiyasının həyata keçirilməsi üçün xəstələr siyahıya alınır və donor üçün namizədlər gözlənilir. Transplatasiya üçün aşağıdakılar donor hesab edilə bilməz:
* aktiv infeksion xəstələr
* bədxassəli şiş xəstələri
* ağır qidalanma pozğunluqlarından əziyyət çəkənlər
* ağır sistem xəstələri
* ürək-damar xəstələri
* şəkərli diabet xəstələri
* anemiyalı xəstələr
* autoimmun xəstələr.
Böyrək transplantasiyası zamanı donorun müayinəsi ambulator və ya stasionar şəraitdə aparılır. Bu zaman aşağıdakı müayinələrin aparılması lazım gəlir:
1. Ümumi kilniki müayinə.
2. Qanın ümumi analizi.
3. Sidiyin ümumi analizi, Zimnitski, Neçiporenko sınaqları, kreatinin klirensi.
4. Qanın biokimyəvi müayinəsi – sidik cövhəri, kreatinin, elektrolitlər, qələvi-turşu müvazinəti, bilirubin, ümumi zülal, xolesterin, triqliseridlər, qlükoza, hepatit C, B, İİV, venerik xəstəliklərə görə testlər.
5. Mantu sınağı.
6. EKQ və kardioloqun müayinəsi.
7. Qarın boşluğu orqanlarının USM müayinəsi.
8. Döş qəfəsinin rentgenoqramması.
9. Dişlərin və başqa mümkün infeksiya ocaqlarının sağlamlaşdırılması.
10. Qastroskopiya.
11. Sistoqrafiya.
12. İmmunoloji müayinə.
13. Əsnək möhtəviyyatı və sidiyin əkilməsi.
Bundan başqa böyrək xəstəliyinin ilk diqanozu dəqiq təyin edilməli, sidik yollarının infeksiyası, sidik kisəsinin disfunksiyası, sistem xəstəlikləri ayırd ediir. Dəqiq fizikal müayinə nəticəsində ürək-damar, mədə-bağırsaq, sidik-cinsiyyət xəstəlikləri aşkarlanmalı, ağciyərlərin funksional vəziyyəti aydınlaşdırılmalı, karies dişlər daxil olmaqla infeksiyanın potensial mənbəyi tapılmalıdır. Xəstə yaxın, uzaq nəticələr barəd məlumatlandırılmalı, qadınlarda hamiləlik testi yoxlanılmalıdır. Donorun qan qrupu dəqiqləşdirilməli spesifik anticismlər indentfikasiya olunmalıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

pehriz

Pielonefrit və böyrəkdaşı zamanı pəhriz

Pielonefrit və böyrəkdaşı zamanı pəhriz Pielonefrit zamanı pəhriz təyin etdikdə sidiyin pH-ı nəzərə alınır. Çünki …

Яндекс.Метрика

Designed by F.Aliyev