Toyuqlu tərəvəz salatı

toyuqlu

Toyuqlu tərəvəz salatı.
Lazım olanlar:
* 5 ağ kələm yarpağı
* 2 ədəd yerkökü
* 2 xörək qaşığı konservləşdirilmiş yaşıl noxud
* 2 xörək qaşığı konservləşdirilmiş qarğıdalı
* 500 qram döş əti
* zeytun yağı
* 10 ədəd zeytun
* 2 xörək qaşığı narşərab.
Kələm azca pörtlədilib soyuduqdan sonra xırda doğranır.
Yerkökü 10 dəqidə bişirilir, soyuduqda 1 sm en və 5-6 sm uzunluqda nazik doğranır.
Zeytun doğranır, qarğıdalı və yaşıl noxudla birgə tərəvəzlərə əlavə edilir.
Tava qızdırılır, döş ətinin hər iki üzü duz, istiot və pul bibər qarışımına batırılıb qızardılır. Ət soyuduqdan sonra kubik şəklində doğranıb, tərəvəzlərə əlavə edilib, üzərinə narşərab tökülür.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev