Qaynar Məqalələr

Əncirli-fındıqlı peçenye

 

pecenye

Əncirli-fındıqlı peçenye.

Lazım olanlar:
– 1 stəkan qovrulmuş fındıq
– 1 stəkan qoz
– yarım stəkan əncir qurusu
– 1 stəkan un
– 1 stəkan şəkər tozu
– 1 paket qabartma tozu
– 1 ədəd portağal
– 1 ədəd yumurta
– butter şokolad
– yarım stəkan süd.
Hazırlanması:
Fındıq və qoz rəndələnir bir dərin qaba qoyulur, üstünə un, qabartma tozu, rəndələnmiş portağal qabığı əlavə edilib qarışdırılır. Sonra xırda kub şəklində doğranmış əncir qurusu, yumurta və şəkər tozu qabdakı məhsullara əlavə edilib əllə xəmir yoğrulur. Eynitərkibli xəmir olduqda kiçik yumrular şəklində forma verilir və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirilir. Sonra südlə şokolad bişirilir, peçenyelər şokolada batırılıb boşqaba yığılır.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev