Qaynar Məqalələr

Tez-tez xəstələnən uşaqlar

usaq2

Tez-tez xəstələnən uşaqlar
Bəzi uşaqlar haqqında nəinki valideyinlər, hətta həkimlər də bu ifadəni tez-tez işlədirlər. Bəs hansı uşaqlar haqqında bu sözlər daha tez-tez işlənir?
Bu sözlər ildə bir-neçə dəfə kəskin respirator xəstəliyə tutulan uşaqlar haqqında işlənir. Bəzi valideyinlərin hətta özləri belə bu sualın cavabını bilmək istəyirlər.
Suala cavab tapmaq üçün kəskin respirator xəstəliklərin nə səbəbdən əmələ gəldiyini yaxşıca araşdırmaq lazımdır.
Kəskin respirator xəsəliklərin meydana çıxması üçün bəzi səbəblər var. Bu səbəblər xəstəliyə yaxalanma riskini artırır. Bunlar aşağıdakılardır:
– soyuq, rütubətli hava şəraiti
– nəmişlik
– stress
– sirkulyasiyanın pozulması.
Xəstəlik baş verən zaman orqanizmdə bütün orqan və sistemlərin normal funksiyası pozulur.
Məsələn, uşaq soyuqlamışdır. Bu o deməkdir ki, onun orqanizminə soyuq enerji daxil omuşdur. Soyuğu kompensasiya etmək üçün orqanizm infeksiyanın inkişaf etməsinə icazə verir və nəticədə orqanizmin temperaturu qalxır. Temperatur virus və mikrobları öldürmək üçün sanki “həyacan” təbili vurur. Bu səbəbdən bədən isinir. Orqanizmin soyuq enerjisi istini kompensasiya eləməyə çalışır.
Real həyatda azyaşlı uşaqların temperaturasının kompensasiya etməsi bir-neçə gün vaxt aparır.
Bəzi valideyinlər uşaqlarının qızdırması qalxan kimi ona qızdırmacalıcılar və antibiotiklər verirlər. Nəticədə orqanizm özü  qızdırmasını salmağa çalışmır və immunitet aşağı düşür. Bu zaman orqanizmin özünəmüdafiə qabiliyyəti zəifləyir və virusların inkişafı üçün şərait yaranır. Beləliklə, digər virusların da inkişafı üçün münbit şərait olur. İmmun sistemi zəifləmiş orqanizmdə infeksiyalar qan və limfa vasitəsilə orqanlara yayılır və ürək, böyrəklər, ağciyərlər xəstəliyə məruz qalır. Nəticədə orqanizm bir az da zəifləyir.
Bu cür gedişata ən çox uşaqlar məruz qalır. Belə uşaqlarda bronxial astma, pnevmoniya, allergiya, pielonefrit, qlomerulonefrit, revmakardit xəstəliklərinə daha çox rast gəlinir.

immunitet.az

loading...

Məsləhət Görürük

immuni

Uşaqların immun sistemini artıran 6 məsləhət

Uşaqların immun sistemini artıran 6 məsləhət. Uşaqların immun sistemini gücləndirən ilk qida ana südüdür. Dünyaya …

Яндекс.Метрика

Designed by F.Aliyev