Özünə inam hissini necə artırmalı

ozune-inam

Özünə inam hissini necə artırmalı.
Özünə inam əhəmiyyətli bir fərdi xüsusiyyətdir. İnam hissi bizə həyatla baş etməmizi və problemlərlə həqiqi bir şəkildə mübarizə aparmağımızı təmin edər və çətinliklərə dayanmamızı asanlaşdırır. Özünə inam qazanmaq prosesi, həyatın əhəmiyyətli çətinlikləri ilə başa çıxma gücünə sahib və xoşbəxt olmağa layiq bir adam olma təcrübəsidir.
Özünə inam insana güc verir, enerjisini artırır və daha çox səy göstərməyə təşviq edir. Müvəffəqiyyət üçün ilham mənbəyidir. Uğurlarımızla qürur duymamızı və onlardan zövq almamızı təmin edər.
Bizim yanaşmamızdan asılı olaraq başqa insanlar və xaricimizdəki hadisələr özünə inamımızı yüksəldə, ya da sonlandıra bilər. Həyata özünə inamlı bir şəkildə yaxınlaşmaq və bunu davam etdirmək vacibdir. Ancaq  həddindən artıq bir güvən duyğusu ilə hərəkət edərək özümüzü və digər insanları narahat etmə riskini də almamaq lazımdır.
Özünə inam olmadıqda işləri edə bilmə qabiliyyətimizə əmin ola bilmərik. Lazımlı bacarığa və təcrübəyə sahib olduğumuzu bildiyimiz halda, daha əvvəl heç etmədiyimiz bir işlə qarşılaşdığımızda narahat oluruq. Bir çox hallarda, xüsusilə qərar verdiyimiz halda və ya yeni insanları işin içinə qatmamız lazım olan vəziyyətlərdə narahat olarıq.
Özünə inam, hədəflərimizin arxasından gedərkən bizə güc verir. Uğurlarımızla doyum və rahatlıq hiss etməmizə icazə verir. Özünə inamımızın güclü olması vəziyyətində müvəffəqiyyət bizə təbii və doğru gəlir.
Bir çoxumuz, müəyyən zamanlarda, müəyyən insanlarla və müəyyən vəziyyətlərdə özümüzü etibarlı hiss edərkən, bəzi hallarda, zamanlarda və bəzi insanların qarşısında özünə inamımızı itiririk. Özümüzə olan güvən duyğumuza nələrin təsir etdiyini doğru anlamamız lazımdır.
Bunun üçün bu sualları özümüzə verməli və dürüst cavablar tapmalıyıq.
Özümüzə ən çox güvəndiyimiz zamanlar hansılarıdır? Qabiliyyətlərimizə əmin olduğumuz və özümüzü ən rahat hiss etdiyimiz vəziyyətlər nələrdir?
Qarşısında özünə inamımızın ən yüksək olduğunu düşündüyümüz insanlar kimlərdir?  Nə üçün?
Onlar bizə özünə inamımızı artıracaq nə söyləyirlər və ya nə edirlər?
Nə zaman özümüzə olan etibarımızı ən aşağı olduğunu hiss edirik?
Özünə inamımızı azaldan nələrdir?
Hansı insanlar və hansı vəziyyətlər bizim özümüzü etibarsız hiss etməmizə səbəb olur?
Deyilən ya da edilənlər nələrdir?
Bu suallara cavab verərkən hazır olmadığınız yeni vəziyyətlərdən ya da geyimlərdən və xarici görünüşünüzün yaxşı olduğu zamanlardan söz edə bilərsiniz. Özünə inam, əsasən özümüzü necə hazırladığımız və özümüzü necə gördüyümüz ilə əlaqədardır. Özünə inam gəlib gedən, azalıb artan bir duyğudur. Bəzi günlər özümüzü digər günlərə görə daha etibarlı və güclü hiss edərik. Bəzi günlərdə də özümüzü yoldaşlarımızın yanında qeyri-kafi hiss edərik və ya öz qabiliyyətlərimizi davamlı olaraq onlarınki ilə müqayisə edərək yaşayarıq.
Özünə inamımızın zəiflədiyi vəziyyətlərdə edə biləcəyimiz ilk iş, heç kimin mükəmməl olmadığını qəbul etməkdir. Bəlkə başqa insanların, sizin sahib olmadığınız bacarıqları vardır. Ancaq siz də böyük ehtimalla onların edə bilmədiyi bəzi şeyləri edə bilirsiniz.

immunitet.az

loading...

Məsləhət Görürük

baci

Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri

Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri. Yəqin ki, evə yeni körpənin gəldiyi zaman onun böyük bacı …

Яндекс.Метрика

Designed by F.Aliyev