Qaynar Məqalələr

Gecə enurezi

enurez

Gecə enurezi
Gecə enurezi ən çox azyaşlı uşaqlarda rast gəlinən xəstəliklərdən sayılır. Xəstəlik özünü yuxuda sidiyi saxlaya bilməməklə biruzə verir. Enurez zamanı xəstə yuxuda olarkən özünü saxlaya bilmir və sidiyini xaric edir.  Bu bəzi hallarda qısa müddətli olub sonra öz-özünə keçib gedir. Lakin bəzi hallarda gecə enurezi zamanı müalicəyə ehtiyac duyulur. Belə ki, bəzən bu hal aylarla və illərlə davam edir, valideyinin laqeydliyi ucbatından uşağın psixalogiyasında patoloji izlər qoyur. Enurez aşağıdakı səbəblərdən baş verə bilir:
* Valideyinin uşağına vaxtından tez və çox basqılı tualet tərbiyəsi verdikdə.
* Həddindən çox təmizkar valideyin azyaşlı uşağa yatmazdan əvvəl yerinin batırmaması üçün basqılı tənbeh etdikdə.
* Uşağa tualet tətbiyəsi vermədikdə.
Enurezin olmasından uşaqlar çox narahat olur və bundan tezliklə qurtarmaq istəyirlər. Lakin hər səhər yuxudan durub yataqlarını islaq görən və bu səbəbdən daima danlaq eşidən uşaqlarda bu hal bir müddət sonra psixi-patoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
5 yaşındakı uşaqların 15%-də gecə enurezi baş verə bilir. Bu patologiya qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir.
Gecə enurezinin müalicəsində valideyinlərin rolu boyükdür. Belə ki, valideyinlərin hər ikisi belə uşaqlara qarşı xüsusi diqqət və qayğı ilə yanaşmalıdırlar. Əgər valideyinlə bu hal üçün uşaqlarını daha çox danlasalar və digər uşaqlarla müqayisə etsələr, uşağın psixalogiyası korlana və vəziyyət daha da pisləşə bilər. Valideyinlər yerini batıran uşağın yatağını və paltarlarını dəyişən zaman onu utandırmamalıdır, əksinə öpüb, başını sığallayıb bu işi tərgidərsə, onu daha yaxşı mükafatlandıracağını söyləməlidir.
Problemin aradan qaldırılması üçün ən yaxşı üsul yerini batıran uşağı gecə tualetə durquzmaqdır. Bu əsasən uşaq yatdıqda 1,5-2 saat sonra olmalıdır. Çünki altını isladan uşaqların böyük əksəriyyəti bu saatlarda sidik xaric edir.

immunitet.az

loading...

Məsləhət Görürük

immuni

Uşaqların immun sistemini artıran 6 məsləhət

Uşaqların immun sistemini artıran 6 məsləhət. Uşaqların immun sistemini gücləndirən ilk qida ana südüdür. Dünyaya …

Яндекс.Метрика

Designed by F.Aliyev