Qaynar Məqalələr

Dil xərçəngi

dil

Dil xərçəngi.
Dil ağız boşluğunun çox hissəsini tutan, ucundan qırtlağa qədər uzanan bir orqandır. Dil əzələ toxumasından ibarət olmaqla, dadbilmə hissiyatının təminatçısıdır.
Dilin xərçəng xəstəliyi bədxassəli olur. Xərçəng dilin istənilən hissəsində əmələ gələ bilir. Amma ən çox dilin kənarında və alt hissəsində rast gəlinir. Xəstəliyin əmələ gəlmə səbəbi tibb elminə hələ də məlum deyil. Dil xərçənginə ən çox 60 yaşından yuxarı kişilərdə rast gəlinir. Bunu nəzərə alaraq bəzi səbəblər dil xərçənginin risk faktorlarına daxil edilib:
* siqaret və spirtli içki qəbulu
* xroniki virus infeksiyaları
* zərərli maddələrlə kontakda olmaq (ağır metal duzları, radioaktiv şüalanma, neft tullantıları, asbest və s.)
Xəstəliyin əlamətləri aşağıdakılardır:
* uzun müddət dilin üstündə ağ və ya qırmızı yaralar
* daima boğazda zəif ağrı hissi
* dildə ağırlaşma hissinin olması
* udma aktının çətinləşməsi
* dilin əzələsinin qalınlaşması
* ağızdan gələn pis qoxu
* tüpürcəyi udqunanda ağrı
* nəfəsalmanın çətinləşməsi
* səsin dəyişməsi.
Sadalanan əlamətlər xəstəliyin dərəcəsindən asılı olaraq arta və ya azala bilər. Dil xərcəngi limfa düyünlərinə, qaraciyərə, ağciyərə metastaz verə bilir.
Xəstəliyə diaqnozun qoyulmasında histoloji müayinənin rolu əsas götürülür.
Dil xərçənginin müalicəsi xəstəliyin dərəcəsindən, şiş toxumasının yerləşdiyi yerdən və yayılmasından asılıdır. Xəstəliyə diaqnoz vaxtında qoyularsa, şüa müalicəsi ilə xəstənin vəziyyətini yüngülləşdirmk mümkün olur. Əksər hallarda xəstəlik dilin arxa tərəfini və yaxında yerləşən limfa düyünlərini zədələdiyi üçün şüa terapiyasının effekti olmur, xəstəlik ölümlə nəticələnir.

immunitet.az

loading...

Məsləhət Görürük

leykoz2

Xroniki leykozun kliniki mənzərəsi

Xroniki leykozun kliniki mənzərəsi. Xroniki leykozun klinik təzahürləri aşağıdakı böyük sindromlarla ifadə olunur: – intoksikasiya …

Яндекс.Метрика

Designed by F.Aliyev