Qaynar Məqalələr

Yerişin dəyişilməsi

yeris

Yerişin dəyişilməsi.
İnsanın yerişi onun aşağı ətraflarının quruluşundan, dabanından asılıdır. Amma insan yaşlandıqca onun səhhətində baş verən dəyişikliklər, sümük sistemində və onurğada baş verən patologiyalar onun yerişinin dəyişilməsinə səbəb olur. Yerişdə dəyişilmələrin olması psixoloji problemlərlə də əlaqədar ola bilir. Yürümək bizim fizionomiyamızda avtomotikləşmiş bir funksiyanı idarə edir. Lakin bəzən yerimədə də patologiyalar səbəbli pozulmalar baş verə bilir.
40-50 yaşdan sonra insanların bir çoxunda yürümə pozğunluqları özünü göstərir. Buna aşağıdakı xəstəliklər səbəb ola bilir:
– osteoxondroz
– radikulit
– ayaqlarda qıcolmalar
– dizlərdə artrozların olması
– pəncə və ayaq barmaqlarında anormallıq
– dabanda şporların olması
– dabanda əyilmələr.
Dabanda əyilmələrə qadınlarda daha çox rast gəlinir. Bunu qadınların dikdaban ayaqqabı geymələri ilə əlaqələnd
irirlər. Lakin daban əyilmələrinə bəzən kişilərdə də rast gəlmək olur.
Əksər hallarda hər iki dabanın içəri doğru əyilmələri baş verir ki, bunun üçün ortoped həkimə müraciət etmək lazımdır. Belə dabanlara sahib olan adamlar enli ayaqqabı geyməməliridlər. Onların geydikləri ayaqqabının daban hissəsi hər iki tərəfdən dar olmalıdır.
Yastıayaqlılıqdan da yerişdə dəyişilmələr baş verə bilir. Bu zaman ortopedin məsləhəti ilə supinatorlu ayaqqabı və ya xüsusi tikilmiş ortapedik ayaqqabı geyilməlidir.

immunitet.az

loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev