Qaynar Məqalələr

Orqanizmdə A vitamini çatışmazlığı

a-vitaini

Orqanizmdə A vitamini çatışmazlığı.
Orqanizmdə A vitamininin çatışmazlığı əsasən özünü gözlərdə əmələ gətirdiyi patologiyalar ilə göstərir. A vitamini çatmadıqda orqanizmdə aşağıdakı xəstəliklər meydana çıxır:
– konyuktvit
– kseroftalmiya
– hiperkeratoz
– toyuq korluğu.
Bəzi hallarda A vitamini çatışmazlığı yuxarı tənəffüs yolları və bağırsaq xəstəliklərinin gec sağalmalarına səbəb ola bilir.
A vitamini çatışmazlığı az rast gəlinən xəstəliklərdəndir. Bu xəstəlik özünü ən çox xroniki bağırsaq, xroniki qaraciyər, endokrin sistemi və vərəm xəstəlikləri zamanı biruzə verir.
Xəstəliyin əmələ gəlməsi qidalanma ilə əlaqədardır. Belə ki, tərkibində yetrincə A vitamini olmayan qidalarla qidalanan adamlarda bir müddət sonra avitaminoz baş verir. A vitamini orqanizmin turşu mübadiləsini sürətləndirir, cinsi orqanların fəaliyyətini stimulyasiya edir, canlıların boy artmasında yardımçı olur və orqanizmə antoqonist təsir göstərir.
A vitamini (retinol) gözun,  dərinin, mədə-bağırsağın selikli qişasını, sidik yollarının fəaliyyətini artırır. Retinolun çatışmazlığı özünü ən çox gözün fəaliyyətində göstərir. A vitamininin azlığında gözün qidalanması və görmə qabiliyyəti zəifləyir.
A vitamini çatışmazlığının əlamətləri hansılardır?
Bu zaman ağız və burun boşluğunda, dəridə quruluq baş verir. Saçların da quruluğa məruz qalması nəticəsində saç tökülməsi baş verir. Sekresiya vəzilərinin ifrazı azalır, göz öz parlaqlığını itirir.
Xəstəliyə diaqnoz qanın tərkibində A vitamininin və karotinin az olmasına əsaslanaraq qoyulur. Xəstənin göz dibinin müayinəsi diaqnozun düzgün qoyulmasını təsdiqləyir.
Müalicə əzələ daxilinə A vitamininin vurulması və tərkibi A vitamini ilə zəngin olan qidalardan ibarət menyunun tərtib olması ilə aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

magnesium2

Möcüzəli maqnezium

Möcüzəli maqnezium Orqanizmdə olan maqneziumun 2/3-si sümüklərdə, yerdə qalanı isə yumuşaq toxumalarda olur. Orqanizmimizdə olan …

Яндекс.Метрика

Designed by F.Aliyev