Qaynar Məqalələr

Hər dərdə çarə – Türkəçarə

turkecare

Hər dərdə çarə – Türkəçarə
Revmatizm zamanı.
100 qram qırmızı turpun şirəsi, 100 qram adi su, 100 qram ağ neft, 1 xörək qaşığı duz, 1 xörək qaşığı xardal, 50 qram komfara yağı, 100 qram 72%-li paltar sabunu və 100 qram bitki yağı bir yerdə qarışdırılır, ağ kətan parçaya çəkilərək oynaqların üstünə qoyulur, bağlanır. Üstündən yun parça ilə örtülüb səhərə kimi saxlanılır. Səhərlər məlhəm oynaqlardan silinir, ayı yağı çəkilir və yenidən yun parça ilə bağlanır.
İnsult zamanı.
Öksəotu və safora bitkilərinin cövhərlərinin hər ikisindən 20 damcı yarım stəkan su ilə qarışdırılıb gündə 2 dəfə yeməkdən əvvəl qəbul edilir.
Öddə daş olan zaman.
Hər gün yeməkdən əvvəl 1 qaşıq zeytun yağı, 1 qaşıq limon suyu və ya balla qarışdırılır, yeməkdən 30-40 dəqiqə əvvəl qəbul edilir. Zəncirotunu bankaya lay-lay yığıb arasına bal tökülür. 2 həftə günün altında saxlanılır, gündə 3 dəfə 1 çay qaşığı qəbul edilməsi tədricən daşların parçalanmasına və tökülməsinə səbəb olur.
Fəqərəarası disk yırtığı zamanı.
Xəndəkotu və yırtıqotu dəmləmə və təpitmə şəklinə istifadə edilir.
Ağrıyan fəqərənin üstünə mis lövhəcik qoyub bağladıqda ağrı azalır.
Qaraciyər xəstəlikləri zamanı.
Bərabər miqdarda zəyərək toxumu, yatıqqanqal otu, boymadərən otu, qarğıdalı saçağı, alaqanqal toxumu götürülüb dəmlənir, 1 hissə keçibuynuzu bitkisinin tozu əlavə olunur. Gündə 3 dəfə acqarına qəbul edilir.
Qastrit zamanı.
Aptek çobanyastığı dəmləməsi südlə qarışdırılıb yatmazdan əvvəl içilərsə, mədədəki narahatçılıqlar aradan qalxar.

immunitet.az

loading...

Məsləhət Görürük

004

Şüyüd və xəstəliklər

Şüyüd və xəstəliklər. Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və …

Яндекс.Метрика

Designed by F.Aliyev