Qaynar Məqalələr

Yuxarı tənəffüs yollarının mikoplazmozu

0986

Yuxarı tənəffüs yollarının mikoplazmozu.
Mikoplazmoz kəskin infeksion xəstəlik olub, özünü sidik-cinsiyyət və tənəffüs sistemi xəstəlikləri ilə biruzə verir. Xəstəliyin əmələ gəlməsində Mikoplasma mikroorqanizmlərinin rolu böyükdür.
Xəstəlik mikrob və mikrobgəzdirən insanlar tərəfindən yoluxur. Mikoplazma hava damcı yolu ilə burun vasitəsilə yoluxur. Yoluxduqda yuxarı tənəffüs yolunun infeksiya xəstəlikləri əlamətləri özünü göstərir. Bu ən çox yaz və payız aylarında baş verir. Xəstəliyə ən çox gənç adamlarda rast gəlinir. Bu zaman xəstələrdə qrip, paraqrip və pnevmoniya əlamətləri özünü biruzə verir. Mikoplazmozun inkubasiya dövrü 4-8 gündür. Xəstəlik yoluxduqdan sonra bir müddət ərzində boğazda quruluq, burun tutulması, səsdə kallaşma baş verir. Daha sonra isə faringir, laringit, boronxit əlamətləri meydana çıxır. Xəstəlik dərinləşdikcə öskürmə başlayır. Öskürmə əvvəlcə quru sonra isə bəlğəmli olur. Xəstəlik 1-2 həftə davam edir. Mikoplazma traxeya və bronxların epitel hüceyrələrinin zədələyir. Vaxtında və düzgün müalicə tədbirləri görülməsə, xəstəliyin müddəti uzana bilir. Bunlardan başqa xəstələrdə aşağıdakı əlamətlər özünü göstərə bilir:
– halsızlıq
– baş ağrıları
– yüksək temperatur
– leykositoz
Xəstədə fiziki aktivliyin azalması, nəfəsalmada çətinləşmə baş verir. Xəstənin bəlğəmi qatı irinli möhtəviyyatlı olur, nadir hallarda plevranın zədələnməsi baş verə bilir. Bronxlardan möhtəviyyatın geri sorulması 3-4 həftə və daha çox vaxt apara bilir. Xəstənin qanında EÇS-nin miqdarı yüksəlir.
Xəstəlik uzun sürərsə, pnevmaniyaya çevrilə bilir.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev