Qaynar Məqalələr

Qarışıq bitki çayları

caylarrr

Qarışıq bitki çayları
Portağal və alma çayı.
Həzm sisiteminin fəaliyyətini sürətləndirərək bağırsaqların işini yüngülləşdirir. Soyuqlamada, öskürək zamanı, səsin batmasında faydası böyükdür. Sakitləşdirici təsirə malıikdir, yuxu gətirir. Tərkibində olan C vitamini və pektin sayəsində orqanizmin sağlıq sisteminin möhkəmlənməsində rolu böyükdür. Xolesterolu aşağı salır, sidik qovucu təsir göstərir. Orqanizmin su-duz mübadiləsinin normallaşmasında rol oynayır. Yüksək dərəcədə K mənbəyidir. Dərinin xarıcı amillərdən qorunmasında rol oynayır, əzələləri qüvvətləndirir, damar divarının keçiriciliyini möhkəmləndirir. Ürəkbulanmanı və qusmanı kəsir.
Razyana və anason çayı.
Mədə və bağırsaq qazlarının xaric olunmasını sürətləndirir. İştah açmaqla yanaşı, həzmi rahatlaşdırır. Südəmizdirmə dövründə anaların südünü artırır. Ağrıkəsici təsirə malik olmaqla yanaşı, qan dövranı fəaliyyətini də yaxşılaşdırır.
Razyana və nanə çayı.
Mədə və bağırsaq fəaliyyətini sürətləndirir. Uçucu yağları sayəsində əzələlərdə meydana gələn spazmları aradan qaldırır. Bədəndə olan iltihabi proseslərin azalmasına yardım edir, qaz qovucu və süd artırıcı təsirə malikdir. Uşaqlarda iştahaçıcı təsirə malikdir.
Nanə və limon çayı.
Mədə ağrılarını aradan qaldırır, ürəkbulanmanı kəsir. Baş hərlənməsi və mədə spazmlarını aradan qaldırır. Xroniki bağırsaq xəstəliklərinin sağalmasında kömək edir,qaz çıxarıcı təsiri var. Antiseptik təsiri vasitəsilə soyuqdəyməni aradan qaldırır.

immunitet.az

loading...

Məsləhət Görürük

004

Şüyüd və xəstəliklər

Şüyüd və xəstəliklər. Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və …

Яндекс.Метрика

Designed by F.Aliyev