Qaynar Məqalələr

Qışa tədarük – Yaşıl bibərli leço

leco

Qışa tədarük – Yaşıl bibərli leço.
2 kiçik banka üçün lazım olan ərzaqlar:
– 1 kq pomidor
– 500 qram yaşıl şirin bibər
– 2 ədəd yer kökü
– 1 ədəd soğan
– 4 ədəd qara istiot dənəsi və ya 1 acı bibər
– 1-2 ədəd dəfnə yarpağı
– 4 xörək qaşığı bitki yağı
– 2 xörək qaşığı şəkər tozu
– 1 çay qaşığı duz .
Pomidorlar yuyulub, qabığı soyulur və kubik şəklində doğranır. Bibərlərin toxumları təmizlənir uzunsov şəkildə doğranır.
Yer kökü yuyulub təmizlənir və uzunsov, soğanlar isə dairəvi şəkildə doğranır.
Tavaya yağ tökülür və soğanla yer kökü 10 dəqiqə zəif odun üzərində qızardılır. Sonra onların üzərinə bibər və pomidor əlavə edilir. İstiot, duz, şəkəır tozu, dəfnə yarpağı da əlavə olunaraq zəif odda 1 saat bişirilir.
Əvvəlcədən yuyulub qurudulmuş bankalara isti-isti yığlıb 20 dəqiqə sterlizasiya edilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev