Mukoroz

mukroz

Mukoroz
Mukoroz göbələklər tərəfindən törədilən infeksion xəstəlikdir. Xəstəlik Mucor adlanan göbələklər tərəfindən törədilir. Mukoroz dəri, dərialtı toxuma, burun, qulaq, göz, ağciyər, bronxlar, mədə-bağırsaq sistemi, qaraciyər, böyrək və sinir sisteminin zədələnmələri ilə müşayiət olunan xəstəlikdir.
Mukoroz dünyanın hər bölgəsində rast gəlinən bir xəstəlikdir.
Mukorozu törədən göbələk mikroblarına istənilən yerdə rast gəlmək olur. Bu göbələklərə ən çox qida məhsullarında, havada rast gəlmək olur. Mukoroz xəstəliyinə yoluxmaq üçün aşağıdakı adamlar risk altındadır:
* meyvə və tərəvəz anbarlarında işləyənlər
* immuniteti zəif olanlar
* xroniki ürək-damar xəstələri
* xroniki ağciyər xəstələri
* geniş spekterli antibiotik qəbul edənlər
* tez-tez kəskin respirator virus xəstəliklərinə tutulanlar
* AİDS xəstələri
* xroniki şəkərli diabet xəstələri
* triotoksikoz xəstələri
* avitaminozdan əziyyət çəkənlər.
Xəstəlik residivlərlə və ya xroniki baş verir. Xəstəliyin diaqnozu vaxtında qoyularsa, sağalma müşahidə edilə bilər. Amma mərkəzi sinir sistemi zədələnmişsə, onun bərpası 70% hallarda mümkün olmur.
Xəstəlik insana mukoroz göbələkləri olan hava ilə nəfəs aldıqda yoluxur. Xəstəlik insandan insana yoluxmur. Göbələyin sporları havadan bronxlara, oradan alveollara, alveollardan da bronx-ağciyərlər sisteminə daxil olur. Orada artıb çoxalaraq qan vasitəsilə bütün orqanizmə yayılır və daxili orqanları, mərkəzi sinir sistemini və dərialtı piy toxumasını xəstələndirir. Mukoroz göbələyi ilə xəstələnmiş adam nəfəs alıb verdikcə ağzından çıxan sporlu hava burunun kənarlarına dəydikcə dəridə bəzi dəyişikliklər yaradır. Xəstəliyin ağırlıq dərəcələrinə görə aşağıdakı formaları var:
* yüngül dərəcəli nukoroz
* orta dərəcəli mukoroz
* ağır dərəcəli mukoroz.
Mukoroz yayılma dərəcəsinə görə 2 növü var:
1. Lokal forma – kiçik həcmli yerdə baş verən zədələnmə.
2. 2 və daha artıq orqanın zədələnməsi ilə gedən forma.
Mukoroz özünü yüksək temperatur, baş ağrıları, halsızlıq, yaddaşın və əmək qabiliyyətinin azalması, yorğunluq, ürəkbulanma, qusma əlamətləri ilə göstərir. Xəstənin burnu tutulmuş, ətrafı qızarmış olur, xəstədə çətin və bəlğəmli öskürək, boğulma və təngnəfəslik baş verir.
Xəstəlik daxili orqanlara da yayılmışsa, xəstədə ürəkbulanma, iştahanın pozulması, ishal, qarında ağrılar müşahidə edilir.
Xəstəlik sinir sistemini zədələmişsə, tez-tez hıçqırma, qusma, qıcolmalar və huşun itməsi baş verir.
Xəstəlik dərini zədəldikdə dəridə səpgilər, qızartılar, irinli proseslər, eroziyalar, yaralar əmələ gəlir.
Mukoroz qulağı zədələdikdə karlıq meydana çıxır.
Xəstəliyə diaqnoz qoymaq üçün qanın ümumi analizləri, sidiyin ümumi analizi, biokimyəvi analizlər, rentgen, UZİ, MRT-nin analizləri və onurğa beynin punksiyası lazım gəlir.

immunitet.az

loading...

Məsləhət Görürük

salmo

Salmonella xəstəlikləri

Salmonella xəstəlikləri Tibbə salmonellaların bir çox növü məlumdur. Onlar bağırsaq infeksiyalarından tutmuş, tif xəstəliyinə qədər …

Яндекс.Метрика

Designed by F.Aliyev