Qaynar Məqalələr

Melanoma

melanoma

Melanoma
Melanoma melonositlərdən əmələ gələn dəri xərçəngidir. O özünü dəridə əmələ gələn tünd rəngli qabarmalar şəklində biruzə verir. El arasında “ət xalı” adı ilə tanınanan bu şiş toxuması qadınlarda kişilərə nisbətən daha tez-tez rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə hər il 160.000 melanomlı xəstə qeydə alınır.
Melanoma əmələ gəlməzdən əvvəl dəridə bəzi əlamətlər özünü biruzə verir.
– asimmetriya
– qaşınma
– rəng dəyişikliyi
– 6 mm-dən böyük törəmə.
Xəstəliyə istənilən yaş dövründə rast gəlmək olur. Melanoma xəstəliyi neqroid tipinə mənsub olan adamlar arasında dah tez-tez əmələ gəlir.
Xəstəliyin əmələ gəlməsində dəriyə ultrabənövşəyi şüaların düşməsi nəticəsində dərinin bir hissəsinin DNT hüceyrələrinin dəyişilməsi və aqressiv faktorlar əsas rol oynayır. Bunlardan başqa aşağıdakı faktorlar da melanomanın əmələ gəlməsinə səbəb ola bilir:
– Uşaq yaşlarda dəridə baş verən günəş yanıqları
– Dəriyə daimi mexaniki təsirin olması
– Orqanizmdə çoxlu xalların olması
– Atipik formada dəridə əmələ gələn xal
– İrsi meyillik
– İmmunitetin aşağı olması.
Melanoma kilniki əlamətlərinə görə digər dəri şişlərindən fərqlənirlər. Belə ki, melanomalar rənglərinə, ölçülərinə,formalarına görə bir-birlərindən müxtəlif olurlar. Onlar dairəvi, oval, asimetrik uzunsov ola bilirlər və adətən papilomaya bənzəyirlər. Hətta bəzi melanomalar dəridə ləkə kimi görünür. Şiş toxuması böyüdükcə rəngli kələmi xatırladır. Şişin bir tərəfi sığallı, digər tərəfi çopur ola bilir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Xəstəyə baxış zamanı melanomanı təyin etmək mümkündür.
Melanomanın müalicəsi onun əmələ gəldiyi vaxtdan, inkşafından və şiş toxumasının hansı ağırlıq dərəcəsində olmasından asılıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodağın xərçəng xəstəliyi

Dodağın xərçəng xəstəliyi. Dodağın xərçəng xəstəliyi bədxassəli xərçəng xəstəliklərinə aiddir. Dodağın xərçəng xəstəliyi üst və …

Яндекс.Метрика

Designed by F.Aliyev