Qaynar Məqalələr

Duz mübadiləsinin pozulması

duz

Duz mübadiləsinin pozulması
Orqanizmdə duz mübadiləsinin pozulmasına aşağıdakılar səbəb ola bilir:
– az hərəkətli həyat tərzi
– hormonal dəyişikliklər
– qidalanma pozğunluqları
– həddindən çox ət yemək
– kəskin qidalar
– həddindən çox spirtli içki qəbulu
– siqaretə aludəçi olmaq
– orqanizmdə baş verən sistem xəstəliklər.
Duz mübadiləsinin pozulmasi ilk növbədə özünü oynaqlarda hərəkətlərin çətinləşməsi, hərəkət zamanı səsin əmələ gəlməsi, oynaqlarda deformasiyanın əmələ gəlməsi və gəzdikdə baş verən çətinliklərlə özünün biruzə verir.
Xəstəliyin ilkin dövrlərində gimnastika ilə məşğul olmaq xəstəliyin irəliləməsinin qarşısını ala bilir. Buna görə xəstələrə əl və ayaqlarını, barmaqlarını, çiyinlərini, dizlərini – bir sözlə bütün oynaqlarını gündə bir neçə dəfə idman etdirmələri məsləhət görülür. İdmana başlayarkən hərəkətləri sərt eləmək olmaz. İdman hərəkətlərini oturmuş vəziyyətdə uzanan yerdə və ayaq üstə etmək olar. İdman hərəkətləri edilən zaman ehtiyatlı davranmaq lazımdır. Hərəkətlər ağır tempdə asta – asta edilməlidir. Hər dəfə idmana başlayarkən sadə hərəkətlərdən çətin hərəkətlərə doğru başlamaq lazımdır. Ağrıyan oynaqlarla ehtiyatla hərəkət edilməlidir.
Duz mübadiləsində pozğunluqlar olan adamlara aşağıdakılar məsləhət görülür:
1. Hər gün səhər gimnastikası.
2. Gün ərzində 3-4 dəfə kompleks hərəkətlər etmək.
3. Gün ərzində ən azı 1 saat başqa idman növü ilə məşğul omaq.
4. Trenajorda hərəkətlər etmək.
5. Piyada gəzmək.
6. Həftədə 1-2 dəfə buxar hamamında çimmək.
7. İsti vanna qəbul etmək.
8. Yatmazdan əvvəl ayaqları vanna etmək.
9. Massaj olunmaq.
10. Təmiz havalı, pəncərəsi açıq otaqda yatmaq.
11. Qida rasionuna diqqət eləmək.
Lobya, paxla, noxud, yağlı, qızardılmış ət və ət məhsulları, balıq, üzüm, mayonezli salatlar menyudan çıxarılmalı, qarpız, yemiş, xurma, gavalı, südlü şorbalar, tərəvəz salatları, yağsız ət və toyuq əti menyuya daxil edilməlidir.

immunitet.az

loading...

Məsləhət Görürük

magnesium2

Möcüzəli maqnezium

Möcüzəli maqnezium Orqanizmdə olan maqneziumun 2/3-si sümüklərdə, yerdə qalanı isə yumuşaq toxumalarda olur. Orqanizmimizdə olan …

Яндекс.Метрика

Designed by F.Aliyev