Qaynar Məqalələr

B12 vitamin çatışmazlığı

b12

B12 vitamin çatışmazlığı.
B12 (sianokobalamin) vitamin çatışmazlığı özünü sinir sistemi, qan damar sistemi və həzm sistemi xəstəlikləri ilə biruzə verir. B12 vitamini çatışmazlığı zamanı dəmir-defisit anemiya və funikulyar mieloz xəstəliyinin əlamətləri özünü daha qabarıq göstərir.
Avitaminoz aşağı ətraflarda paresteziyalara, dildə qaşınmalarla da özünü biruzə verir.
B12 çatışmazlığı bütün dünyanın ölkələrində geniş yayılmış xəstəliklərdəndir. Xəstəlik kişi və qadınlar arasında eyni sayda rast gəlinir. Xəstəlik orta və yaşlı adamlarda daha çox baş verir. B12 vitamini çatışmazlığı ən çox ət və süd məhsullarından az istifadə edən adamlarda baş verir.
B12 suda həll ola bilən vitaminlərdəndir. Ən çox malın qara ciyərində, böyrəyində, ətində, yumurtada, süddə və soyada olur. Sianokobolamin bağırsaqlarda sitez olunur və yoğun bağırsaqlardan qana sorulur. Orta yaşlı bir adamın sianokobolaminə ola ehtiyacı sutkada 3 mq təşkil edir. Hamilələrdə bu rəqəm 4 mq-a bərabərdir. B12 çatışmazlığı 2 səbəbdən baş verə bilir:
1. Endogen.
2. Ekzogen.
Xəstəliyin əmələ gəlməsinə səbəb olan endogen faktorlara helmintozlar, difillobotrioz, hamiləlik səbəb ola bilir. Mədə-bağırsaq xəstəlikləri zamanı dəmirin yaxşı mənimsənilməməsi səbəbindən də B12 vitamini çatışmazlığına səbəb olur. Bu xəstəliklərə aşağıdakılar aiddir:
– ağır enteritlər
– enteroanastomozlar
– yoğun bağırsağın rezeksiyası.
Xəstəliyi törədən ekzogen faktorlar isə nadir hallarda rast gəlinir.
B12 vitamini çatışmazlığı qanda nuklein turşularının mübadiləsini pozur, bu da eritrositlərin sayının azalmasına səbəb olur. Nəticədə qanda eritrositlərin sayı aşağı düşür və anemiya baş verir.
Xəsəliyə diaqnoz qoymaq çətinlik törətmir. Müalicə məqdsədilə xəstəyə əzələ daxilinə B12 vitamini yeridilir, xəstəyə keyfiyyətli qidalarla qidalanmaq məsləhət görülür və müalicə zamanı qanın analizləri nəzarət altında saxlanılır.

immunitet.az

loading...

Məsləhət Görürük

gulmek

Gülməyin faydaları

Gülməyin faydaları. ABŞ-da aparılan araşdırmalar gülməyin insan sağlığına aşağıdakı faydaları olduğunu sübüt etmişdir: 1. Araşdırmalar …

Яндекс.Метрика

Designed by F.Aliyev