Qaynar Məqalələr

Qara istiotun faydaları

istiot

Qara istiotun faydaları.
Qara istiotdan insanlar  qədim zamanlardan istifadə etmişlər. Qədim zamanlarda ondan indikindən də çox istifadə edilib. Qədim tibbi kitablarda qara istiotun faydaları haqqında bir çox yazılara rast gəlmək mümükündür. Əlyazmalarda qədim hind və yunan həkimlərinin bir çox xəstəliklərin müalicəsi zamanı qara istiotdan istifadə etdikləri barədə yazılara tez-tez rast gəlinir.
Qara istiot əsrlər boyu mətbəxtdə də dadlandırıcı ədviyyat kimi istifadə edilib.
Qara istiot həzmi yaxşılaşdırmaqla yanaşı mədə-bağırsağın işini sürətləndirir. O müxtəlif xəstəliklər zamanı iştahaçıcı kimi təsir göstərir. Qara istiot mədədəki xlorid turşusunun işini asanlaşdırır və qaz əmələ gəlməsinin qarşısını alır. O orqanizmdə zülalların mübadiləsində yaxından istifadə edir.
Qara istiot orqanizmi toksinlərdən təmizləmək qabiliyyətinə malikdir, tərlədici və sidikqovucu təsirə malikdir. Qara istiot soyuqdəymə zamanı bədənə istilik verir və xəstəliyin simptomlarının azalmasına yardım edir.
Antiseptik və ağrıkəsici xüsusiyyətləri bir çox xəstəliklərin müalicəsində yüngülləşdirici təsir göstərir.
Tədqiqatlar qara istiotun ürək fəaliyyətinə yaxşı təsir göstərdiyini sübut etmişdir. O ürək-damar sisteminin fəaliyyətini və qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır.
Onu normadan artıq qəbul etdikdə əsəb sistemində qıcıqlanmaların əmələ gəlməsinə səbəb olur, buna görə də əsəb xəstələrinə qara istiotdan çox istifadə etmək məsləhət görülmür
Qara istiotu düyün şəklində saxayıb, lazım olduqda əzmək lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

004

Şüyüd və xəstəliklər

Şüyüd və xəstəliklər. Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və …

Яндекс.Метрика

Designed by F.Aliyev