Qaynar Məqalələr

Barret qida borusu

barret

Barret qida borusu
Barret qida borusu – qastroezofageal və ya duodenoqastroezofageal reflyuks xəstəliyinin, qida borusunun aşağı hissəsinin selikli qişasının, yastı hüceyrəli epitelisinin slindrik epitellə əvəz olunması nəticəsində əmələ gələn ağırlaşması hesab olunan qazanılmış xəstəlikdir. Xəstəliyə yaşlı adamların 10%-ində rast gəlinir.
Etiologiyası:
Xəstəliyin əmələ gəlməsində qida borusunu reflyuks xəstəliyinin, qida borusu dəliyinin yırtığı xəstəliyinin rolu böyükdür. Uzun müddət qida borusunun reflyuks xəstəliyi zamanı mədə möhtəviyyatının aqressiv öd turşuları, pankreatik fermentlərin təsirindən qida borusu zədələnir və normal epiteli slindrik epitellə əvəzlənir. Sonralar slindrik epitelin displaziyası başlayır və neoplastik proqressiya əmələ gəlir.
Xəstəlik əvvəllər simptomsuz keçir, sonralar qida borusunun ezofaqial reflyuks xəstəliyinin simptomlarına bənzər əlamətlər meydana çıxır.
Xəstliyə diaqnoz qoymaq üçün intrumental və laborator müayinələrin nəticələri əsas götürülür. Qida borusunun rentgenoqrafiyası zamanı Barret xorasının əlamətləri aşkar edilir. Xəstəlik zamanı selikli qişanın rəngi velvetəbənzər məxməri rəngdə olur. Biopsiya zamanı slindrik epiteli aşkar edilir. Diaqnozu dəqiqləşdirmək üçün xromoezofaqoskopiya, ezofaqomanometriya və 24 saaytlıq pH monitorini yoxlanılır.

immunitet.az

loading...

Məsləhət Görürük

m%c9%99d%c9%99

Mədədə köp və qaz əlamətləri

Mədədə köp və qaz əlamətləri. Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli …

Яндекс.Метрика

Designed by F.Aliyev