Qaynar Məqalələr

Tərəvəzli badımcan kürüsü

badimcan-k

Tərəvəzli badımcan kürüsü.
Lazım olanlar:
– 7 ədəd badımcan
– 7 ədəd pomidor
– 2 baş soğan
– 2 ədəd yer kökü
– 1 diş sarımsaq
– bir az xırda doğranmış cəfəri
– zövqə görə acı bibər
– zövqə görə duz
– duru yağ.
Badımcanın baş hissəsi təmizlənir və bir-neçə hissəyə bölünüb, qazana yığılır.Üstünü ötrəcək qədər qaynar su əlavə edilib, 15 dəqiqə gözlənilir. Sonra badımcanlar sudan çıxarılır, xırda kubik şəklində doğranır.
Tavaya yağ tökülüb qızdırılır və badımcanlar kartof kimi qızardılır (çox da qurumalı deyil). Sonra tavaya nazik halqa şəklində doğranmış soğan əlavə edilir. Soğan qızılı rəng alanda xırda doğranmış pomidorlar və halqa şəklində doğranmış yer kökü əlavə edilib qarışdırılır. Qarışım bişib yağ qoydyğu zaman duz, sarımsaq, acı bibər və cəfəri əlavə edilir.
Bu resepti hazırlayıb steril bankalarda sterlizasiya edib qışa da saxlamaq mümkündür.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev